AZƏRBAYCANDA TƏHSİL İSLAHATLARI (ilkin variant)


Təkliflər hazırlanarkən müasir təhsil anlayışı və Azərbaycan reallıqları nəzərdə tutulmuşdur.

  1. Bolonya prosesinin müddəalarına əməl edərək Ali təhsil ocaqlarının iş prinsipini buna görə qurulması.
  2. Ali təhsil ocaqlarının bir istiqamətdə ixtisaslaşmasının qarşısını almaq üçün bəzi ali təhsil ocaqlarının birləşdirilməsi zərurəti var. Yeni yaranacaq universitetlər üçün şəhər kənarında tələbə şəhərciklərinin yaradılması vacibdir. Bu istiqamətdə atılmış addım adambaşına maliyyələşdirməni daha səmərəli edəcək eyni zamanda hüquq, tibb fakültələrinin digər ali təhsil ocaqlarında açılmasını təşviq etmək lazımdır.
  3. Dövlət ali təhsil qurumlarının rektorları ən az üç namizədin arasından ikisi seçilərək Təhsil Nazirliyi tərəfindən prezidentə təqdim olunur. Prezident həmin iki namizəddən birini seçərək ali təhsil ocağının rəhbəri təyin edir. Rektor seçkilərində tam ştat akademik heyəti və tələbə həmkarlarının sədrinin səs vermə hüququ var. Dekanlar müvafiq kafedraların akademik heyəti, kafedra müdirləri isə həmin kafedranın akademik heyəti tərəfindən seçilir. Rektor seçkiləri 4 tədris ili üçün seçilir, dekan 3 tədris ili, kafedra müdirləri 2 tədris ili üçün seçilir. Bolonya prosesinə uyğun olaraq tələbə müəllim seçimində azaddır. Bu seçkilər ali təhsil ocaqlarında rəqabəti artıracaq, şəffaflığı daha da yüksəldəcək.
  4. Doktorantura pilləsinə qəbul olunmuş doktorantların seçdiyi elmi işlərin mövzularının elektron bazasının yaradılması və cəmiyyətə açıq olması. Müdafiə olunmuş elmi işlərin bazası yaradılaraq referat və ya elmi işi tam formada elektron variantını cəmiyyətə açıq olunması.
  5. Ali təhsil qurumlarının və orta məktəblərin maddi texniki bazasının dərhal gücləndirilməsi. Alınacaq avadanlıqları şəffaf şəkildə tender keçirilərək həyata keçirilməsi. Xüsusi ilə dəqiq və təbiət elmləri sahəsində müasir laboratoriyaların alınması.
  6. Xüsusi ilə orta məktəblərdə kadr seçiminin şəffaf aparılması. Beynəlxalq imtahan sertifikatları olan ali pedaqoji təhsilli kadrların müsabiqədən kənar işə qəbul olunmalıdır. (Məsələn, TOEFL, İELTS imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlər ingilis dili müəllimliyinə müsabiqədən kənar qəbul olunmalıdır. Digər peşə sahələrində də beynəlxalq uğurlar nəzərə alınmalıdır. Kadr seçimi üçün daha mütərəqqi və şəffaf müsabiqə keçirilməlidir). Qeyd: Bolonya sistemi ali təhsil qurumlarında belə problemləri zamanla aradan qaldıracaq. Tələbələr lazımi keyfiyyətə malik olmayan müəllimləri seçməyəcək.
  7. Təhsil sahəsində itirilmiş son 20 ilin yaralarını qısa müddət də sarmaq üçün xüsusi layihələr həyata keçirilməlidir. Şəhər, rayon və kənd məktəblərində şagirdlərin xüsusi ilə şifahi nitqini inkişaf etdirilməsi üçün 2 illik ingilis dili tədrisi kursları və ya həmin məktəblərdə xüsusi məşğələlər təşkil olunmalıdır. Bu layihədə regionlar üzrə koordinatorlar seçilməli və respublikada fəaliyyət göstərən özəl liseylərdən istifadə olunmalıdır. Müasir metodologiyalar bələd olan həmin liseylərin müəllim heyəti digər orta məktəblərə istiqamət verməli və köməklik göstərməlidir. İngilis dilində rahat danışan şagirdlər dünyaya daha asan inteqrasiya olunacaqlar və bu ötən illərin yaralarını dünyaya açılaraq daha sürətli şəkildə sağalmasına imkan yaradacaqdır. Buna paralel olaraq kompüter kurslarının təşkil olunması, xüsusi ilə kənd məktəblərində.
  8. Məktəbəqədər təhsil də ciddi dəyişikliklər baş verməlidir.

a)      Mövcud uşaq bağçalarını sürətlə özəlləşdirilməsi və bu özəlləşdirmədə süni maneələrin aradan qaldırılması, açıq tenderlə həyata keçirilməsi.

b)      Yeni bağçaların açılması üçün Sahibkarlar Konfederasiyası tərəfindən aşağı faizli kreditlərin ayrılması.

c)      Bu sahədə müasir tələblərə cavab verən kadrların yetişdirilməsi.

d)      Özəlləşdirilən və ya yeni açılan bağçalarda maddi texniki baza yaradılması şərti qoyulmalıdır.

e)      İbtidai sinif müəllimlərinin çoxluğunu nəzərə alaraq əlavə təkmilləşdirmə kurslarından keçirərək bağça müəlliməsi kimi fəaliyyət göstərməsini təmin etmək.

Yuxarıda atılacaq addımlar işsizliyi azaldılmasın da köməklik göstərəcək.

9. Ümumən təhsil sahəsində vergilərin kəskin azaldılması. Müəllimlərin maaşlarının artırılması ilə yanaşı ən azından təhsil sahəsində gəlir vergisinin alınmaması və ya çox aşağı səviyyəyə düşürülməsi. Bu çox vacib amildir.

10. Orta məktəblərdə 6-cı sinifdən sonra psixoloqların və müəllimlərin rəyi ilə tələbənin istedadına görə istiqamətləndirilməsi.

11. Dərsliklərin yenilənməsi, müasir metodologiyalardan geniş istifadə olunması. Mövcud yeni dərsliklər təhsildə istifadə olunan müasir texnologiyaların və avadanlıqları nəzərə almadan hazırlanmışdır. Məsələn ingilis dili tədrisində dinləmə (listening) çalışmaları üçün orta məktəblərdə DVD pleyerlər, proyektorlar, yetərli kompüterlər olmadığından bunlar nəzərə alınmadan yazılmış, yeni dərsliklər köhnə dərsliklərdən çox az fərqlənməkdədir.

12.  Ölkədə yaşayan milli azlıqların ana dillərini, mədəniyyətini, ədəbiyyatını tanıtmaları üçün kurslar açılmasında dəstək.

13. Evdar qadınlar üçün uşaq psixologiyası, ailə büdcəsinin idarə olunması, əlavə bacarıqlar qazandıracaq kursların təşkili məsələlərin də xarici qrantların araşdırılması, cəlb olunması və təşkilində köməklik.

14. Şagirdlərin asudə vaxtlarını dəyərləndirə bilməsi istiqamətində yeni arayışlar. İstedadlı şagirdlərin aşkarlanması, musiqi, rəsm, idman məktəbləri ilə sıx əməkdaşlıq. İdman komplekslərin imkanlarından geniş istifadə olunması.  

Hazırladı: Səbuhi Bayramov

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: