Author Archives: sebuhibayramov

Personal Information
Date of Birth: 15.10.1979
Place of Birth: Samux / Azerbaijan
Nationality: Azerbaijani
Marital status: Married

EDUCATION

Qafqaz University 2006-2010
The Literature of Turkic People
Thesis title- Azerbaijani Turkish Literary Relations
Advisor-Prof.Dr. Akif Huseinli
Phd Degree

2004 – 2006
Qafqaz University
English Language and Literature
Thesis title-The Covert System Criticism in Azerbaijani Soviet Literature
Advisor – Dr. F. Alexander Magill
Master Degree

1996 – 2003
DOKUZ EYLUL UNIVERSITY (Izmir, Turkey)
Faculty of Education
Bachelor of English Language Teaching

1986 – 1996
Secondary school 39, named after Mir Celal Pashayev, Ganja, Azerbaijan

CES Consulting Engineers 10 / 2008 – up to present time
Salzgitter GmbH, Baku, Azerbaijan
Translator/ Interpreter

Azerbaijan University 03 / 2008 – 11 / 2008
Director of Reform Center
Baku, Azerbaijan

Qafqaz University 09 / 2004 – 03 / 2008
Department of English Language and Literature
Lecturer
Baku, Azerbaijan

Egeplast A.Ş. 09 / 2003 – 02 / 2004
Export Department
Marketing specialist
İzmir, Turkey

PUBLICATIONS

• The aspect of Zelimkhan Yagub in the Literature of Turkic World; Filologiya Məsələləri Jurnalı; July; 2008
• Azerbaijani-Turkish Literary Relations in the context of Zelimkhan Yagub’s creativity; publication in the Conference of Young Researchers and Ph.D students
• Problems of a “culture of criticism” in Azerbaijani realities; 07 April 2010; http://www.1news.az/analytics/20100407012722286.html
SEMINARS & CERTIFICATES
• The Bologna Process in Azerbaijani Education, 15 December 2007
• Mikro Enterprise Resource Planning, February, 2008
• “Friendship camp of Azerbaijani and Turkish young people”, 10-17
August 2009, Lankaran, Azerbaijan. Lecture on “Azerbaijani and
Turkish Cultural Relations”. http://www.ireli.az/en/international- relations/20090902103639359.html
• Spokesman and co-organizer of the ceremony on BBA and MBA
program held between Azerbaijan University and Mack Robinson
College of Business of Georgia State University (U.S.);
http://en.apa.az/news.php?id=49410
• TOEFL (2003-2005) Score: CBT-223 PBT-575

COMPUTER SKILLS
Experience with Windows-1998/2000/XP, MS Word, MS Excel, MS PowerPoint, MS Outlook, AutoCAD

Training: “Computers and Information Technologies “, April – July, 2007, Institure of Information Technologies.

DRIVING LICENCE
B

LANGUAGES
English, Turkish, Russian (excellent )

INTERESTS
International business & politics, reading, travelling, football, chess.

Azərenerji ASC

Eurovisionda ölkələrin nümayəndələrinin çıxışından əvvəl ölkəmizi tanıdacaq videoçarxların mövzuları və səbəbləri

Əsas məqsəd Azərbaycanın tarixən və müasir dövrdə də necə tolerant bir ölkə olmasını və müxtəlif millətlərin bir arada yaşayabilməsini təbliğ etmək və mənfur qonşularımızın ölkəmiz haqqında yaydığı dezinformasiyanı yalan çıxarmaqdır. Buna əlavə olaraq ekoturizmin əlverişli olmasını nəzərə alaraq bu yöndən təbliğ aparmaqdır. Üçüncü bir cəhət isə ancaq ölkəmizə xas olan və dünyada analoqu olmayan və ya az olan məqamları qabartmaqdır. Dördüncü bir məsələ isə mədəniyyətimizin təbliğ olunmasıdır. Beləliklə hər bir ölkənin çıxışından əvvəl 3-4 dəqiqəlik çarxlarda ölkəmizin aşağıdakı kimi tanıtmaq olar:

  1. I yarımfinal – 22 may
    Ölkə adı
    Təmsilçi
    İfa edəcəyi mahnı

    1. Albaniya
    Rona Nishliu
    «Suus»

Tarixi Alban kilisələri haqqında.

2. Avstriya
’Trackshittaz» qrupu
«Woki Mit Deim Popo»

Alman əsirlərinin Bakıda inşa etdikləri binalar. Alman mədəniyyət mərkəzi Kapelhaus haqqında.

3. Belçika

İris
—–

ikra ve Xəzərdəki balıqlar sazan və s. Dünyada ancaq Xəzərdə olan balıqlar bağlı məlumatlar. İkranın əsasən Xəzərdə çıxması və s.

4. Kipr
İvi Adamou
«La La Love»

Bakının zeytunlarını, əncirini və üzümlərini reklam etmək olar.

5. Danimarka
Soluna Samay
«Should’ve Known Better»

Nabran. Soyuq ölkələrin xalqlarını isti ölkələr və çimərlikləri cəlb etməkdədir. Xüsusilə çoxları revmatizmdan əziyyət çəkməkdədirlər.

6. Finlandiya
Pernilla Karlsson
«När Jag Blundar»
Qobustanın qaya rəsmləri ilə bağlı çarx, çünki eyni rəsmlərdən Finlandiyada da mövcuddur.
7. Yunanıstan
Eleftheria Eleftheriou
«Aphrodisiac»

8. Macarıstan
«Compact Disco» qrupu
«Sound Of Our Hearts»

Novruz festivalının reklam olunması çünki Macarlarda huntayfaları olduqlarından qədim adət ənənələri həmin xalq üçün maraqlı olar.

9. İslandiya
Gréta Salóme & Jónsi dueti
«Mundu Eftir Mér»

Palçıq vulkanları ilə bağlı çarx çünki İslandiya da vulkanlar ölkəsidir.

10. İrlandiya
«Jedward» qrupu
«Waterline»

Qarabağ atları və cirit yarışları ilə bağlı çarx. Minicilik ilə bağlı turist cəlb etmək üçün münbitdir.
11. İsrail
«Izabo» qrupu
«Time»
Dağ yahudiləri haqqında rolik Qubanın reklamı

12. Latviya
Anmary
«Beautiful Song»

13. Moldova
Pasha Parfeny
«Lăutar»

14. Monteneqro
Rambo Amadeus
«Euro Neuro»

15. Rumıniya
“Mandinga” qrupu
“Zaleilah”

Naxçıvandan müəyyən məsələlər   Badamlı-Sirab mineral suları, çünki Avropanın ən bol mineral suları Bolqarıstan və Rumıniyadadır.

16. Rusiya

«Bronovskiye babuşki»
«Party for everybody»

malakanlar haqqında rolik – İsmayıllı və Gədəbəyin reklamı

17. San-Marino
Valentina Monetta
—–

18. İsveçrə
«Sinplus» qrupu
«Unbreakable»
Şahdağ qış kompleksi

 
II yarımfinal – 24 may
Ölkə adı
Təmsilçi
İfa edəcəyi mahnı

1. Belarus
«Litesound»
«We Are The Heroes»

 

2. Bosniya və Herseqovina
Maya Sar
«Korake Ti Znam»

 

3. Bolqarıstan
Sofi Marinova
«Love Unlimited»

 

4. Xorvatiya

Nina Badrić
«Nebo»

Dünyada analoqu olmayan mualicəvi Naftalan nefti. Naftalan neftinin sanatoriyası Xorvatiyada var.

5. Estoniya
Ott Lepland
«Kuula»

6. Makedoniya
Kaliopi
«Crno E Belo»

7. Gürcüstan
Anri Jokhadze
«I’m A Joker»

İnqiloylarla bağlı çarx

8. Litva
Donny Montell
«Love Is Blind»

9. Malta
Kurt Calleja
«This Is The Night»

10. Norveç
Tooji
«Stay»

Qəbələ və Nic kəndinin reklamı. Norveçlilər buradan getdiklərinə inanırlar.Həmçinin udinlərlə bağlı çarx.

11. Portuqaliya
Filipa Sousa
“Vida Minha”

Qaraçılarla bağlı Yevlaxdakı kənd və müəyyən ənənəvi çalarlar. Qaraçılara göstərilən tolerantlıq ispan kökənlilərin ürəyindən olar.

12. Serbiya
Zeljko Yoksimoviç
«Nije ljubav stvar »

13. Slovakiya
Max Jason
«Mai Don’t Close Your Eyes»

14. Sloveniya
Eva Boto
«Verjamem»

15. İsveç
Loreen
«Euphoria»

Nobel qardaşları haqqında və Bakıdakı ev muzeyləri

16. Niderland

Joan Franka
«You And Me»

Nar festival-Göyçay, xurma, qarpız, yemiş  və  digər meyvələr    orqanik olmaları eko-turizm aspektindən

17. Türkiyə
Can Bonomo
«Love Me Back»

Türk şəhidlikləri ilə bağlı çarxlar və Azərbaycan ilə Türkiyənin bir olması və hər zaman bizim əziyyət çəkməmiz vurğulansın.

18. Ukrayna
Gaitana
«Be My Guest»

Final mərhələsi – 26 may
Ölkə adı
Təmsilçi
İfa edəcəyi mahnı

1. Azərbaycan
Səbinə Babayeva
——

2. Fransa                                     Anggun
«Echo (You And I)»

Aleksandr Dumanın keçdiyi yerlər və qeydləri

3. Almaniya
Roman Lob
«Standing Still»

Göygöl rayonu ilə bağlı çarxlar və burada məskunlaşan almanlarla bağlı məlumat.

4. İtaliya
Nina Zilli
«Per Sempre»

Muğam – şərqin mistisizmi

5. İspaniya
Pastora Soler
«Quédate Conmigo»

Xınalığı açıq hava müzeyi olaraq tanıtmaq və ərəblərin qoyduğu orta əsr şəhəri kimi tanıtmaq.

6. Böyük Britaniya
Engelbert Humperdinck

Neftimizlə bağlı çarxlar BP-yə görə.

 

Əlavə mövzular:

 

1         İşərişəhər

2         Lənkəran və mətbəxti plov və zəfəran

3         Qax –İlisu

4         Zaqatala

5         Balakən, avarların mədəniyyəti və paraşutla atlama

6         Şəki

7         Mingəçevir, Kür  və  baydarka yarışları

8         Lahıc

9         Milli parklar və vəhşi  həyat.

10     Xalçaçılıq

 

Yuxarıdakı boş qalan mövzuları yarımfinalda müəyyən dövlətlərin qıraqda qalacağını nəzərə alaraq, yerdə qalan dövlətlərə paylamaq mümkündür. Beləliklə ölkəmizə əsas turistlərin gəlməsini daha da asanlaşdırmaq olar.

 

 

 

ZƏLİMXAN YAQUB YARADICILIĞINDA “İLAHİ EŞQ” ANLAYIŞI VƏ CƏMİYYƏTİN FORMALAŞMASINDA ROLU

Kainatın yaradılışı ilə hər şey öz təzadları ilə, əks tezisləri ilə, düşüncə və fəlsəfəsi ilə var edilmişdir. Burada “hər şey” sözünü daha yaxşı ifadə etmək üçün “Allahdan (c.c) başqa heç bir şey tək deyildir” desək, yerinə düşər. İnsanın bu cür qarışıq, mürəkkəb və dolanbaclı həyat yollarında dünyanı tam dərk etməsi və qavraması heç də asan deylidir. Hətta demək olar ki, bəşər tarixində peyğəmbərlərdən başqa heç bir insan övladı buna nail ola bilməmişdir. Lakin insan bu çətinlikdən və mürəkkəblikdən bezməməli, zülmətə sürüklənməməli, tam əksinə, hər dəfə öyrəndikcə, yeni bir düyünü açdıqca, həyatın bir zərrəsini kəşf etdikcə, bu heyrətamiz hikmətləri dərk edib pillə-pillə (Allaha doğru) yüksəlməli və bu mənəvi mərtəbələrin verdiyi zövqü duymalıdır. Tarixə nəzər yetirsək, görərik ki, neçə-neçə insan bu qısa həyatda ələ düşən böyük fürsətləri dəyərləndirməmiş, özünü, öz dünyasını puç etmişdir. Bunun ən başlıca səbəbləri həmin insanların özlərinə əsl rəhbər, doğru yol göstərən, mürşid və bununla yanaşı, doğru yol – kainatı, qəlbləri fəth etdirən, Adəm övladını sonsuzluğa, ölümsüzlüyə aparan yolu seçməmələri olmuşdur. Həyatı, kainatı, yaradılışı doğru dərk etmək fitrəti çağdaş dövrdə sanki ancaq Allah (c.c) tərəfindən “vergi” kimi verilmiş və çox az insana nəsib olmuşdur.

Tarixən Azərbaycan cəmiyyətinin qarşılaşdıqları problemlərin həm daxili həmdə xarici səbəbləri olmuşdur. Xarici səbəblər bir başa bizdən asılı olmasada, dolaylı olaraq daxili səbəblərə bağlı məsələdir. Daxildə birliyini, ədaləti bərqərar edəmməyən cəmiyyətlərdə xarici müdaxiləçilər üçün öz çirkin məqsədlərini həyata keçirməyə bünövrə yaratmaqdadır. Belə olan halda düzgün cəmiyyət formalaşmasında daxilimizdə ki problemləri ədalətli formada və sürətlə həll olunması mühüm məsələyə çevrilmişdir.

Bu problemlərin həlli məhz ədalətli, cəmiyyəti təşkil edən fərdlərə demokratik dəyərləri tanıyan prinsiplərin əsasında olmalıdır. Dərin dövlətçilik ənənələrinə sahib olan imperiya qurmuş millətlər bu prinsipləri öz xalqına tanımış və bunun nəticəsində güçlü olaraq qalmağı bacarmışdırlar, çünki imperiya dövlətləri daha çox xarici qüvvələrlə mücadilədə olmuşdurlar. Lakin kiçik dövlətlər dünyada söz
sahibi olmadıqlarına görə, daha çox öz daxilində mücadilə aparmaqdadırlar. Belə halda hər hansı dövlətin güçlü cəmiyyət formalaşdırmasının yolu daxildə demokratik prinsiplərə söykənən, xalqa yuxarıdan gələn əmirlərlə yox, xalqla birgə idarə edən və onun təbii inkişaf prosesinə dəstək olan dövlətlər tarixən güçlü cəmiyyət quruculuğuna müvəffəq olmuşdurlar. Məhz belə bir güçlü cəmiyyət quruculuğunun qarşısını alan Sovet rejimi Azərbayacanı bundan məhrum etmişdir.

70 illik Sovet rejimi Azərbaycan tarixində mühüm hadisələrin baş verdiyi dövr, acılı, dəhşətli səhifələrdir. Kökdən uzaqlaşmanın, “sapı
özümüzdən balta olmağ”ın, yadlaşmanın, manqurtlaşmanın ən “yüksək” səviyyəsi məhz bu dövrün payına düşür. Ateizmə əsaslanan Sovet ideologiyası dinə müharibə elan etmiş və türk dünyasının, türk millətinin müqəddəsi olan İslamiyyətə qarşı açıq-aşkar düşmənçilik münasibəti, təbliğatı yürütmüşdür. Dilimizi də mənəviyyatımız kimi açıq-aşkar olmasa da, dolayı yollarla unutdurmağa çalışmışdır. Belə ki, rəsmi olaraq Azərbaycan dilinə qadağa qoyulmasa da, faktiki olaraq təkcə  bu dili bilməklə, yəni rus dili olmadan cəmiyyətdə mövqe tutmaq qeyri-mümkün idi. Rus dilinin cəmiyyətdə mütləq hakimiyyətə malik idi. Rus dilində olan nəşrlər, ədəbiyyatlar, istər-istəməz xalqı öz milli adət-ənənələrindən, ədəbiyyatından, mədəniyyətindən uzaq salırdı və yoxluğa, heçliyə, köksüzlüyə sürükləyirdi. İki proses paralel gedirdi; bu 70 illik dönəmdə Azərbaycan xalqı özündən olduqca uzaqlaşır, uzaqlaşdırılır və xalqımızın neçə minillik tarixində bu səviyyədə uzaqlaşamaya rast gəlinmir. İkinci tərəfdən və eyni zamanda Azərbaycan ziyalıları dəyərlərimizi qorumaq uğrunda yorulmadan mübarizə aprarırdılar. Senzuranın çox sərt olduğu dönəmlərdə belə Azərbaycan ziyalısı xalqına nəsə çatdırmağa çalışırdı. Bu böyük ziyalılar yazdıqları əsərlərin sətir aralarında sistemin Azərbaycan xalqına gətirdiyi bəlaları izah edirdilər. Bunu eləmək o qədər də asan deyildi, çünki deyilənləri işarə edilənləri reallaşması üçün bir çox sədlər aşılmalı idi. Sovet sisteminin gətirdiyi zülümlərdən başqa, öz
içimizdə olan və həmçinin bu sistemə bilərək və ya bilməyərək inanmış ziyalılar da vardı. Onlar bu sətir aralarında mübariz fikirləri ortaya çıxarır,
yuxarılara “danos” yazır, bu dirçəlişi əngəlləməyə çalışırdılar. Beləliklə, vətənin, millətin gələcəyini düşünən yazıçılar, şairlər həm daxildə, həm
xaricdə mübarizə aparmaq məcburiyyətində qalırdılar. Kitablar, nəşrlər müsadirə edilir və ya ərsəyə gəlmədən beşikdə boğulurdu. Bu çətin dövrdə Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin saflığını qoruyub gələcək nəsillərə çatdırılmasında məhz Azərbaycan ədəbiyyatçılarının üstünə düşən vəzifə çox ağır və bir o qədər də məsuliyyətli idi. Bu dövrdən alnıaçıq, üzüağ çıxanlardan biri də məhz Zəlimxan Yaqubdur. Onun Azərbaycan dilinin qorunmasındakı müstəsna rolu danılmazdır. O, özünün istedad və bacarığı ilə Sovet dövründə qabaqcıl şairlərdən ola bilərdi. Ancaq Sovet rejiminin ideologiyası bütövlükdə Zəlimxan Yaqubun dünyagörüşünə, fəlsəfəsinə yad idi. Zəlimxan Yaqub ya bildiyi doğrunu söyləyər, ya da susardı, ancaq yalanın sözcüsü heç bir zaman olmazdı. Bu Zəlimxan Yaqub təfəkkürüdür! Onun susqunluğu, sakitliyi fırtına öncəsi
səssizliyə bənzəyirdi. Amma bu səssizlik özü də mübarizə, dövrə görə mücadilə aparmaq üsulu idi. “Ya doğru danış, ya da sus!”

Depressiya və qorxu cəmiyyəti dərin qaranlığa itərək iflic vəziyyətinə salmışdı. Lakin öz şəxsi düşüncələrinə sadiq qalan insanların hamısı məhv edilməmişdir.Bəzi yazıçıların yazmaması sistemə xidmət mənasına gəlmirdi. Onlar yazmaqdan imtina edirdilər, çünki öz həyatlarını
təhlükə altına qoymaq istəmirdilər. Onlar bilirdilər ki təhlükələr realdır və susurdular, sistemə xidmət etməkdən və yalanla yaşamaqdan  imtina edirdilər (1, səhifə 14-17).

Təbii ki, bu qaranlıq günlərin geridə qalmasında Azərbaycan xalqının böyük əzmi var. Bu xalqa əsl öndərlik edənlər onun ziyalıları idi. Bu azadlıq dövründə Azərbaycan xalqı birləşmiş, bütünlüyünü bərpa etmiş, siyasi və ideoloji intriqaları bir kənara qoymuşdu. Cəmiyyəti birləşdirən amillərin başında onun uzaqgörən ziyalıları gəlirdi.

 20 Yanvar, Xocalı faciəsi Azərbaycan xalqının azadlıq yolunda aldığı ən böyük zərbələr, çəkdiyi ağrılar, əzablar idi. Eyni
zamanda bunlar qəhrəmanlıq, azadlıq səhifələrinə iri hərflərlə yazılmış rəşadət, şərəf nümunələri idi. Z.Yaqub məhz bu çətin dövlərdə də susmamış, öz sözünü “Şəhid qanı” şerində poetik dillə belə demişdir;

                              Həyatımda heç
zaman belə dərd görməmişdim,

                              Dərdi belə
amansız, belə sərt görməmişdim,

                              Mənim düşmənim
qədər, mən namərd görməmişdim,

                              Namərdlərin
başında çaxırdı şəhid qanı. ( 7, s.35).

Əslində, tarixə nəzər saldıqda, XIX əsrdən bu yana Azərbaycan torpaqları get-gedə kiçilir. Bu kiçilmə və paçarlanma Sovet dövründə son həddə çatır. Zəngəzur, Göyçə, İrəvan, Qarabağ Azərbaycandan qoparılır. Bu ayrılığın, bölünmənin bir hissəsi olan, hicran həsrəti ilə gözü yaşlı qalan Borçalı mahalını – Z.Yaqubun doğma yurdunu da unutmamaq lazımdır. Zəlimxan Yaqub da bu ayrılığı, bu kiçilməni yaxından hiss edənlərdəndir. Bu kiçilmə və parçalanmaya paralel olaraq, öz dəyərlərimizə uzaqlaşma, yadlaşma da nəzərə çarpırdı. Əslində, burada hansı səbəbdir, hansı nəticədir, ayırd etmək çox çətindir, ancaq bilinən bir şey vardır ki, o da bu təhlükəli proseslər bir-biri ilə sıx bağlı olması
idi. Bunun nəticəsi isə fəlakətə – Azərbaycan xalqının məhvinə gətirib çıxara bilərdi. Xalqımızı özünə qaytaran, xalqı oyadıb tarixdəki ehtişamını yenə bərpa etməyə çalışan, çağıran millətimizi öz dəyərləri ilə tanıdan ziyalılardan biridir Zəlimxan Yaqub. Bu kiçilmənin, yaddaşsızlaşmanın, “yaddaşlaşma”nın, yad daşı olmanın qarşısını almaq ancaq özünü dərkdən, tanımaqdan və tanıtmaqdan asılıdır. Zəlimxan Yaqub yaradıcılığında bu birinci mərhələ bütün incəliyi ilə, açıq-aşkar görünür.

Poeziyamızda iniltili və 20 Yanvardan sonrakı psixolojimiz üçün bəlkə də yeganə qorxulu tendensiyasını həm də Zəlimxan Yaqubun şeirləri ortadan qaldırdı. Ən çətin məqamda böyük şairlər mərsiyaxanlıq etməz. Məhməd Akifin qan dənizində üzən ilham gəmisi ağlar limanlara yan alsaydı, onda mehmetciyin istiqlal dönəmindəki zəfəri gerçəkləşə bilərdimi? İnanmıram. Məhməd Akif sinəzənlik etmir, yazır ki, “tüpürün əhli-səlibin o həyasız üzünə, tüpürün onların əsla güvənilməz sözünə”. “İstiqlal marşı”ndan sonra millət əsgərə, mərsiyədən sonra isə qorxaq bir təziyadlara çevrilir. (6, s.50-51).

Təbii ki, hər şey bu kiçilmənin və manqurtlaşmanın önünü kəsməklə bitmir. Onu qoruyub saxlamaq və daha da genişləndirmək işin ən çətin mərhələsidir. Xalqımızın qarşısında Qarabağ kimi böyük, taleyüklü problemi var. Qarabağ probleminin həlli və yenidən qaytarılmasının yolu isə xalqımızın azadlıq uğrunda apardığı mübarizə və mücadələdə olduğu kimi, birliyimizdən, bütünlüyümüzdən keçir. Biz bütöv xalq olaraq sözün əsl mənasında bu birlyi ortaya qoysaq, digər problemlər özü-özünə həllini tapacaq. Təbii ki, bu birliyin təmin olunması üçün ölkəmizdə böyük işlər görülmüşdür. Bu birlik anlayışına dil, din və kök qardaşımız Türkiyə xalqını unutmamaq da daxildir. Türkiyənin taleyi bizim taleyimizdir, onu
unutmaq, ona biganə qalmaq öz-özümüzə qəsd etmək deməkdir. Bu birliyin pozulması, birliksizliyin birliyimizə vurduğu yaralar, təəssüf ki, tariximizin bir parçasıdır. Z.Yaqub şeirində bu parçalanmaya – Səfəvi-Osmanlı müharibələrinə işarə edir, üzünü keçmişə çevirib səslənir. Bir mənada “bu birliyə hər zaman ehtiyac var” deyir, bugünkü problemlərin tarixdən qaynaqlandığını nəzərə çatdırır.

                                   Bizə nə lazımdı?
Ağız birliyi,

                                   Ağ baxta yol açan ağ üz birliyi

                                   Qıpçaq
qıvraqlığı, Oğuz birliyi

                                   Olsaydı
Xətai-Yavuz birliyi

                                   Axmazdı
ildırım, çaxmazdı şimşək,-

Bugün yumruq kimi birləşə bilsək… (6, s. 24).

Şeirin sonunda arzusunu dilə gətirir; Bugün yumruq kimi birləşə bilsək!” Gözəl gələcək
bu gün bir yumruq olmaqdan başlayır. Bu, Zəlimxan Yaqubun subyektiv, məxsusi
arzusu deyil, bu ayrı düşmüş türk xalqlarının, güneyin, quzeyin arzusu,
nisgilidir. Z.Yaqub böyüklüyüdü qardaş xalqların arzusunu şeirin qəliblərinə
tökmək, bu nisgili poeziyada yaşatmaq, yaşamaq!

Z.Yaqub
burada birliyin üç məqamına – üç şərtinə də toxunur. Söz birliyi, bir mənada
siyasi birlik, eyni sözü demək, eyni hədəfə yönəlmək, eyni ideal uğrunda
çarpışmaq. Bu “ağız birliyi” üçün də üz ağ olmalıdır, yəni bir-birinə sədaqət,
çiyin-çiyinə vermə əsas faktordur, xəyanətlə birlik olmaz. Üçüncü isə güc
birliyi, ordu birliyidir. Bu məsələ “Olsaydı
Xətai-Yavuz birliyi “ misrasında əksini tapır. Çaldıran döyüşündə düşmən
kimi üz-üzə gələn qardaşlar–Şah İsmayıl, Sultan Səlim! İki güc döyüşür, qan
tökür. Zərbə türk birliyinə, türk dünyasına dəyir.

Hələ
birliyimizin tamamlanma prosesini də bu mənada dəyərləndirmək lazımdır.
Azərbaycan-Türkiyə birliyi bir millət olaraq öz yerini tapmaq deməkdir. Ulu
öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini bu prizmadan
dəyərləndirsək, İsmayıl Qaspırinskinin “fikirdə birlik, əməldə birlik” sözləri
ilə yoğursaq, söylənilən fikrin əhəmiyyəti daha da anlaşılacaqdır. 70 illik
Sovet dövrü Azərbaycan daxilində birliyimizi nə qədər çətin etmişdirsə, eyni
zamanda, Türkiyə ilə aramızda müəyyən fərqlərin yaranmasına səbəb olmuşdu.
Türkiyə daha çox qərbləşməyə-qəribləşməyə meyil etmiş, Azərbaycan isə kommunizm
təsiri altında dəyərlərindən, keçmişindən, özündən uzaqlaşdırılmışdı. Biri
təsirə düşmüş, digəri təzyiqə məruz qalmışdı. Nəticədə iki xalq arasında bəzi
boşluqlar əmələ gəlmişdir. Bu boşluqların doldurulması birinci növbədə
ziyalıların çiyinlərinə düşür.

 Z.Yaqub bu məsuliyyəti dərk edir və
çətinliklərə baxmayaraq, ümümtürk tariximizi, ədəbiyyatımızı yenidən
xatırladaraq bu müqəddəs yolda bir meydan şairi kimi gözə çarpır. Meydan
şairləri Fuad Köprülüyə görə xalq toplantılarında  hər hansı bir mövzuda, hər hansı bir qafiyə
ilə şeir tərtib edərək, sazı ilə deyən saz şairlərinə deyir,(3, s.171) dolayısı
ilə Z. Yaqub xalqa müraciət edən, şəxsi qabiliyyətləri və bilikləri ilə xalqı ziyalandıran
saz şairlərindəndir. Z.Yaqub bütün çətinliklərə rəğmən və qarşılıq gözləmədən
bu davaya, mücadiləyə inanır. O, öz yaradıcılığında Yunus İmrəni zirvələrə
qaldırır, onu ortaq türk ədəbiyyatının ilham qaynağı kimi göstərir. Birlik,
bütövlük Z.Yaqubun dəyişilməz məqsədidir. Z.Yaqubun müəyyən dönəmlərdəki
qopmalar və ayrılıqları isə xatırlamaq istəmir və ya xatırlayarkən millətə necə
acı bir dərs olduğunu anlatmağa çalışır. Əslində XIX əsr Çarlıq dönəmi, XX əsr
Sovet rejiminin qanlı repressiyaları, erməni zülmü və digər bəlalarımızın əsl
səbəbləri bu ayrılıq və parçalanmadadır. Bir millət
olaraq birləşməyimizin qarşısını heç nə ala bilməz. Z.Yaqub çox çətin də olsa,
ədəbiyyatı, mədəniyyəti siyasətlə birləşdirərək Azərbaycan cəmiyyətinə bir
ictimai xadim, bir şair kimi öz töhfələrini verməyə çalışır. Z.Yaqub özünü bir
hərəkət, ideya insanı olduğunu da beləcə sübut edir. Z.Yaqub bu dövrdə baş
verən hadisələrin qarşısında tab gətirmənin yollarını axtarır. Bəzən də bu
yolda tək qalır;

Lalə mənəm, Kərəm mənəm, kül
mənəm,

Kül içində baş qaldıran gül mənəm.

Sevgi adlı şah evində qul mənəm,

Şahdan gələn, şaha gedən yoldayam.  (6, s. 86).

 Bu yalnızlığında ona əsl dost, əsl
həmdəm və dayaq Allah eşqi olur. Bu yol neçə əsrlər boyu ilahi eşqin alovunda
yanıb qovrulan, bu amal uğrunda baş qoymuş xalq ərənlərinin, dərvişlərin,
ozanların, Yunus İmrənin, Mövlananın yoludur. İkinci həmdəmi  özünün dediyi kimi ana laylasıdır. (9).

Bu “doğrunu” tapan, ona çatan şəxsiyyətlərdən biri Zəlimxan Yaqubdur.
Z.Yaqub özünü kəşf edə bilmək, öz təbiətini anlamaq üçün milli-mənəvi kökünə
enir və öz xoşbəxtliyini tarixin ibrətlərlə dolu dərinliklərində axtarır. Təbii
ki, bu düşüncə, həyat anlayışı təsadüfi deyildir. Yuxarıda qeyd etdiyimiz kimi
mütləq doğrunu tapmaq çox çətindir, ancaq tarixə baxdığımızda millətimizin
güclü, firavan olduğu illər məhz Zəlimxan Yaqubun ilham aldığı şairlərin dövrünə
düşmüşdür. Nizamettin Onk Z.Yaqubun ilham aldığı bu tarixi dəyərlər haqqında
yazır:

Birliyimizdən aldığımız güc XVI-XVII əsrlərdən
əvvəllərə düşür və bu dövrün aydınları Z.Yaqubun ilham mənbəyidir, daha dəqiq
desək, o, Füzuli, Yunus Əmrə, Qurbani və ozanları özünə bir rəhbər seçmişdir (4,
s. 4).

Son dövrlərdə isə millətimizin parçalanması, soy-kökündən uzaqlaşması
prosesi başlamış və tədricən elə bir vüsət almışdır ki, ölkənin bəzi ziyalıları
qərbləşməyi, yadlaşmağı inkişaf, dirçəliş, başqa sözlə, bir yol kimi
səciyyələndirirlər. Halbuki Qərbin intibah dövründə qazandığı nailiyyətlər
İslam dünyasının mənəvi səltənətinə söykənmişdir.

XVIII və XIX əsrlərdə, Abbasilər dövründə, İslam sivilizasiyası öz qızıl
dövrünə qədəm qoydu. Ərəb, Bizans, Fars və Hind mədəni ənənələri bir-birlərinə
inteqrasiya oldu. Avropada təhsilin ən aşağı səviyyədə olduğu zamanlar,
müsəlmanlar “yüksək sivilizasiya” adlandıra biləcəyimiz mədəniyyət yaratdılar. İslam
alimlərinin sayəsində qədim yunan və roma elmi və fəlsəfəsi canlı tutulmuş, həmin
alimlər öz elmi nailiyyətləri və fəlsəfələrinidə əlavə edərək XII əsrdə Qərb
düşüncə ənənəsinin yaranmasının bünövrəsini qoymuşlar. (11).

Yeganə
fərq ondadır ki, bir zamanlar ata-babalarımızdan miras qalan mənəvi-əxlaqi
dəyərlərimiz Qərbin öz düşüncə, dünyagörüş süzgəcindən keçib təhrif olunmuş
şəkildə bizə qaytarılır.

Zəlimxan
Yaqub yaradıcılığının zirvələr fəth etməsinin sirri nədədir? Zəlimxan Yaqub bir
ömrə sığmayan rəngarəng və keşməkeşli həyat təcrübəsinə malikdir.  Bir şeirində də dediyi kimi, o, öz millətinin
tarixi ilə yaşdaş olmaq istədiyi və bunu bacardığı üçün bəyənilir.

                                            Bu
daş mənim öz daşımdı,

                                            Öz tarixim, öz yaşımdı.

Qaya məğrur qardaşımdı,

Onun səsi, sorağıyam. (7, s 14.)

Sevgi mücərrəd, nisbi və sərhədi olmayan bir hisdir. Fərdlər nə qədər
müxtəlifdirsə, onların sevgi haqqında düşüncələri və yanaşmaları da bir o qədər
müxtəlifdir. Bəzi insanlar sevgini
paylaşılmayan hiss hesab edirlər və bu səbəbdən yalnız özlərini
sevirlər. Belə insanları “eqoist” ünvanı ümumiləşdirir ki, onlar üçün heç ailə
fərdləri də o qədər əhəmiyyətli deyil. Bəzilərində isə “sevgi” anlayışı
“eqoizm” sərhədini bir qədər keçdiyi üçün onlar özləri ilə yanaşı ailə
üzvlərini, qohum-əqrəbalarını və hətta həmyerlilərini də sevirlər. Bu tip
insanlara vətən, millət anlayışları bir az uzaqdır. Bir qrup insan da var ki, onlarda
“sevgi” hislərinin hüdudları bir az da genişdir; bu insanlarda vətən və millət
təəssübkeşliyi çox önəmlidir və onlar “milliyətçi” adlandırılır. İnsanlar var
ki, “sevgi” hisləri sadəcə vətənin sərhədləri ilə məhdudlaşmır, ondan daha
geniş sərhədlərə malik olur və bu
insanların sevgisi bütün cahanı ağuşuna alır, bütün bəşəri fikirləşir,
öz ölkəsinə firavanlıq və əmin-amanlıq arzu etməklə qalmır, eyni zamanda bütün
dünya millətlərinin, hansı qitədə – Afrika, Amerika, Avstraliya, Asiya,
Avropada yaşamasından asılı olmayaraq hər insanın əmin-amanlığını düşünür, arzu
edir. Sanki Y.İmrənin “Yaradılanı sev Yaradandan ötrü” anlayışını bayraq edib
göylərə qaldırır. İslam dünyası, türk-islam mədəniyyəti Xaçlı səfərləri və
monqol istilası kimi iki böyük təhlükə ilə üz-üzə gəlsə də, düşmənə düşmənin
özü kimi baxmadı,  öz dövrünün bu qara
ləkəsinə eyni tərzdə cavab vermədi, qana və intiqam hislərinə yol açmadı və
sevgi anlayışını yaşadaraq, hətta cilalayaraq, (düşmən silahını cilalayırdı,
türk-islam dünyası sevgisini) qan və nifrətin təzadı olan sevgi ilə bəşəriyyətə
nəfəs verdi. Bu sevgi anlayışının daşıyıcılarına Sufi adı verilmiş və sistemli
şəkildə bu fikirləri irşad edən cərəyanlara isə təsəvvüf deyilmişdir. Bu sevgi
hissinin ən yüksək səviyyəsi, zirvə nöqtəsi isə İlahi eşqdir və buna çatmaq isə
insanın həm daxilinin, həm də ətrafının zənginləşməsinə, mənəvi rahatlığa
qovuşmasına səbəb olur.

Böyük sufi və zаhidlərin yеtişdiyi IX-X əsrlərdə
təsəvvüflə bаğlı bir sırа əsərlər yаzıldı. Müəlliflər həmin əsərlərdə sufiliyin
əsаslаrını müəyyənləşdirdilər. «Təsəvvüf» sözünü ilk dəfə istifаdə еdən Məruf
Kərхi, sufi düşüncəsində mərifət ünsürünü mеydаnа gətirən Zinnun Misri,
təsəvvüf hаllаrını ilk dəfə tədqiq еdən Səri əs-Sаqаti, zöhd və sufiliyə yеni
mеyаrlаr gətirən Bəyаzid Bistаmi, Bаğdаd sufilərinin ustаdı sаyılаn və Qəzаlini
yеtişdirən Cünеyd Bаğdаdi kimi zаhid və sufilər öz dövrlərinin tаnınmış
şəхsiyyətləri sаyılmаqlа yаnаşı, sufiliyin inkişаfındа əvəzsiz хidmətləri
оlmuşdur. Оnlаrın аrаsındа İslamın ən böyük sufi qаdını оlаn Rəbiyə
əl-Ədəviyyəni хüsusi qеyd еtmək lаzımdır. Çünki təsəvvüf tаriхində ilаhi еşq
(əl-Hubb) fikri məhz оnun аdı ilə bаğlıdır. (12).

 Şair Z.Yaqub Azərbaycan şairlərinin
təsəvvüf anlayışını altı misralıq şeirində belə ifadə edir;

Mən indi başa düşdüm

Niyə Nizami babam?

Çin yazıb, Çin deyirmiş!

Mən indi başa düşdüm

                                                  Niyə Füzuli babam?

        Sevgiyə din
deyirmiş.(4, s. 91).

Z. Yaqub Nizamini anlamağa çalışır, Füzulini biməyə
cəhd göstərir. Və dərk edir, dərk edir ki, niyə sevgiyə din deyir. Bu “ilahi
sevgidir”, Allaha qovuşmaq, Onun rizası üçün hər yaradılışı sevməkdir.Burda bir
məqəm da maraqlıdır. Z.Yaqub məhz Nizamini araşıdırır, Füzulini rəhbər seçir.
Dolayısilə, “rəhbərsiz, mürşidsiz yollar aşılmaz” deyir. Bir yolda yürümək üçün
bu yolun qəhrəmanlarını bilmək, onlar kimi pərvanə olmaq zərurətini ortaya
qoyur.

Zəlimxan Yaqub “sevgi”sində əslində bunu da aşan, nəinki Allahın (c.c)
yaratdığı insanlara, eyni zamanda hər bir yaradılışa qarşı bir həssaslıq,
hörmət, sevgi vardır. Yunus İmrənin dediyi “yaradılanı sev, yaradandan ötrü”
anlayışı onun şeirlərini ən yüksək səviyyəyə gətirib çıxarmışdır. Buna ilahi
eşq də demək olar, çünki Zəlimxan Yaqub özü də etiraf edir ki, şeyx sufi
ozanlardan ilham alır.Bu anlayış ona şeyx Nizamidən, Nəsimidən, Yunus Əmrədən,
Mövlanadan, Qurbanidən, Füzulidən gəlmişdir. İlahi eşq digər “sevgi”lərin
hamısını öz içinə alır, ehtiva edir, onlara ucalıq, sonsuzluq gətirir. Buna
görə də ədəbi tənqidçilər Zəlimxan Yaqub yaradıcılığını bir çox aspektlərdən
araşdırır və Nizami Cəfərovun dediyi
kimi “onun yaradıcılığına mat qalırlar” (2, s. 6).

Sovet dövründə yuxarıda qeyd etdiyimiz klassikləri dini nöqtəyi-nəzərdən
araşdırmaq çox çətin məsələ idi. 70 illik əsarət dövrü bu mövzuda çox böyük bir
boşluğu təşkil və təmsil edir. Zəlimxan Yaqub bu boşluğu, demək olar ki,
təkbaşına doldurmağa çalışır, hətta “ilahi eşq” mövzusunu anlamaqda çətinlik
çəkənlərə vətən, ana-ata, millət sevgisindən bəhs edir və bu önəmli mövzuya bir
bünövrə hazırlayır. Bu sevgi anlayışı Azərbaycanın ən qüdrətli olduğu
dönəmlərdəki kimi dövlət-xalq harmoniyasını təmin edir.

Və tarixən ilahi sevgi anlayışının, ümumiyyətlə, sevgi qavramının insanlara
çatdırılmasında sufi təriqətlərinin rolu böyük olmuşdur. Nümunə olaraq Seyid
Yəhya Bakuvi və I Xəlilullahın əlaqələrini qeyd etmək yerinə düşər:

I Xəlilullah xan ilə aralarındakı yaxşı
münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın “Kəşfül-qülub” adlı
əsərini Şirvanşaha ithaf etməsidir. Əsər bu ifadələrlə başlayır: “Bu risaləni
uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül-Mənnanın
hökmünün davam etdiricisi, Xəlilür-Rəhmanın adaşı sultan-ibni-sultan Əmir
Xəlilullahın (Uca Allah bütün aləmə və aləmdəkilərə yaydığı rəhməti ilə onu ən
uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsi ilə tapdığım
əmniyyət və əman ilə yazdım”.

Seyid Yəhya Allaha müridlərinə uzun ömür verməsi
üçün dua edərkən “Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun
həyatıdır”-demişdir. Həqiqətən də, Şirvanşah I Xəlilullah öldükdən doqquz ay
sonra Seyid Yəhya vəfat etmişdir. (5, s.198).

Bəlkə də, uzun zamandan sonra cəmiyyətdə baş vermiş parçalanmaların,
bölünmələrin, cəmiyyətin əsaslarına sağalmaz yaralar vuran ayrı-seçkiliklərin
qarşısını almaq, yenidən birlik və bütövlüyümüzə nail olmaq, atalarımızdan
qalan mədəni, milli irsi, dəyərləri canlandırmaq, insanların bir-birinə
etimadını təmin etmək baxımından  Z.Yaqub
şəxsiyyəti və yaradıcılığı S.Yəhya Bakuvi örnəyində olduğu kimi yeni bir ruh
qazanmışdır. Prof. Nizami Cəfərov Z. Yaqub yaradıcılığını bu prizmadan dəyərləndirərəkən
yazır:

Küncdə-bucaqda onun yaradıcılığına dodaq
büzənlər gec-tez anlamağa məhkum oldular ki, Zəlimxan Yaqub bu dünyaya xüsusi
missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük
idealları təsdiq (və tərənnüm) etməkdən, xalqla dövlət arasında əsrlər boyu
ehtiyac duyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti
göstərməkdən ibarətdir. (2, s. 7).

Zəlimxan Yaqub həm xalq şairi kimi, həm bir millət vəkili kimi bu iki cəhətin
öz şəxsində harmoniyasına çalışmışdır. Bu çox çətin bir işdir, ancaq bunun heç
olmazsa, bir düşüncə kimi, bir canlı nümunə, bir “keçmiş”in “indi”də
təcəllisi  kimi insanlara çatdırılması da
az iş sayılmamalıdır. Tarixə nəzər salanda görürük ki, hər millət müəyyən bir
sahədə daha çox nailiyyət qazanmışdır, bir növ ixtisaslaşmışdır. Türk və
azərbaycan xalqı, “iki dövlət bir millət” – Türk milləti bir çox sahədəki
müvəffəqiyyətlərlə yanaşı, ədəbiyyatda söz sahibidir, özünəməxsus yerə
malikdir. Belə ki, klassiklərimizin yüzillər öncə yazdığı əsərlər nəinki öz
dövründə, hətta günümüzdə də öz aktuallığını qoruyub saxlayır. Məmməd Aslan
məqaləsində Mövlana yaradıcılığının Avropada müasir oxunma, araşdırılma
vəziyyəti ilə bağlı   yazır:

 Mövlana
həm də öz dövrünün gündəlik halını demirdi, maddəçilik girdabında başı bəlalar çəkmiş bizim çağdaş dünyanı və
çağdaş insanları bütünlüklə nəzərdə tuturdu. Əbəs deyil ki, bu gün okeanın
o tayında və Avropada Mövlana  daha çox müasir səslənir, az qala bu türk
ulusunun cahanşümul irsinin mükəmməl nəşrləri ilə ciddən yarışırlar.

Bizi özündən yeddi yüz il sonra bizə və dünyaya tanıdan o böyük
qüdrətə min kərə əhsən!!! (8).

Azərbaycan klassiklərini, klassik
ədəbiyyatını gözəl bilən və təhlil edən ədəbiyyatçıların sayı çox azdır. Bu
mənada Zəlimxan Yaqub ədəbi düşüncəsində klassik-şifahi üslub harmoniyasına
malik bir şairdir, eyni zamanda tənqidçi və ədibdir.

Klassiklərimiz
“həyat” adlı elmi çox gözəl dərk etdikləri üçün geniş kütlələr tərəfindən
sevilmiş, təqdir və təhlil edilmişdir. Zəlimxan Yaqub da məhz o duyum var,
sevmək, sevdirmək, hikməti görmək, dünyanı dərk etmək duyumu! O  söylənilən fikirləri, hadisələrin mahiyyətini
dərhal təhlil edəbilmə qabiliyyətinə malikdir. Allah (c.c) tərəfindən verilmiş
“vergi”nin bir hissəsi onun hafizliyidir, ikincisi isə onu çox gözəl təhlil
etmə qabiliyyətidir. Zəlimxan Yaqub klassiklərimizin əksəriyyətini əzbər bilir
və bu onun güclü hafizə sahibi olduğunu göstərir. Belə şairlər tarixən olub,
elə Zəlimxan Yaqubun da müstəsna cəhəti onun hafizliyi deyildir. Güclü yaddaş
eyni zamanda, bəzən şair üçün mənfi cəhət də sayıla bilər. Güclü yaddaşa sahib
olan şairlər qeyri-ixtiyari olaraq başqa şairlərin şeirlərindən öz şeirləri
kimi sitat gətirərək təkrarçılığa yol verirlər. Buna görə də onlar hər
yazdıqları şeiri plagiata yol verməmək üçün nəşrdən əvvəl nəzərdən keçirmək
məcburiyyətində qalırlar.

Bu cür
nöqsanlar Zəlimxan Yaqub hafizliyinə aid deyildir. Zəlimxan Yaqub
klassiklərimizin düşüncəsindən, fəlsəfəsindən, dünyasından, ruhundan
təsirlənmiş ola bilər ki, bu da təbiidir, ancaq şerlərində belə bir eynilik,
təkrarçılıq müşahidə olunmur. Zəlimxan Yaqubun şeirlərinin öz orijinallığı, öz
müstəvisi var. Bundan başqa, tarixi şuurumuzu da günümüzə, insanlarımıza
xatırladır, amma öz üslubu, öz sözü ilə…

Bu günün
ən ağrılı problemləri həll etmək üçün yeganə yol təsəvvüf və zamandır. İnsanlarımız
ancaq keçmişlə fəxr etmək kimi masturbativ düşüncələrdən oyanmalı,  həyata reallıq kimi baxmalıdır. Bu, hər
şeydən əvvəl Z.Yaqub kimi ziyalıların artması və təsəvvüf təfəkkürünün
öyrənilməsi və tətbiqi üçün səfərbərliklə mümkündür. Bu təsəvvüf təfəkkürünün
əsas sütünları milliyimiz, mənəviyyatımız, tariximiz, folklorumuz,
ədəbiyyatımız, dinimiz olmalıdır. Bir digər tərəfdən isə dəqiq elmlərin
dərindən öyrənilməsi, yeni texnologiyaların mənimsənilməsi digər əsas sütunu
təşkil etməlidir. Bunun üçün isə təbii olaraq zamana ehtiyac var, lakin qeyd
edilən sosial bazanın qurulması cəmiyyətimizdə daha sağlam ədalətin
təşəkkülünə, dövlətçiliyimizin inkişafına, rüşvətxorluğun azalmasına və digər
problemlərin həllinə kömək edəcəkdir. Belə bir təsəvvüf hərəkatının başlanması
günün zərurətidir və bu məsələdə hər hansı bir ləngimə xalq olaraq
gələcəyimizin təhlükə altına düşməsinə səbəb olur.

Nəticədə
milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və qorumaq üçün türk birliyinə
ehtiyacımız olduğu kimi, dünyəvi və maddi mənada rifaha qovuşmaq üçün Qərblə
inteqrasiya da zəruridir. Qərbin texnologiyasını, elmini tərəddüdsüz
mənimsəməliyik. Bunu bacara bilsək, Nizami, Füzuli, Mövlana, Yunus İmrə irsinin
davamçısı Z.Yaqub yaradıcılığını öyrənsək, anlasaq, gələcək nəsillərə verə
bilsək, problemlər qismən də olsa həllini tapar. Mövlanaya məxsus bu bir bənd
şeir Z.Yaqub yaradıcılığının qaynaqlandığı
təsəvvüfün həm qısa xülasəsi, həm də geniş izahıdır. Və sağlam cəmiyyət
qurma ideyasınn əsas prinsipidir.

Gəl,
gəl, nə olursan ol, yenə gəl !

Kafər,
bütpərəst, məcusi olursan, yenə gəl !

Bizim
dərgahımız ümidsizlik dərgahı deyil.

Yüz kərə
tövbəni pozmuş olsan da, yenə gəl !.. (10).

Ədəbiyyat:

  1. Amrahoglu Arif,
    Literature As Mirror of the 20th Century, From Azerbaijan International, Spring
    1999  7.1
  2. Cəfərov
    Nizami, Zəlimxan Yaqubdan yazılanlar Məqalələr toplusu. “Zəlimxan
    Yaqubdan yazanda…”. Bakı. “Vətən”-2005. s. 6
  3. Köprülü
    Fuad, Edebiyyat Araştırmaları, Ankara, Türk Tarih Kurumu-1999, s. 171
  4. Onk
    Nizamettin, Zelimhan Yagub, Ankara, Uyum Ajans-2003, s. 4
  5. Rıhtım
    Mehmet, “Seyid Yəhya Bakuvi və xəlvətilik”. Bakı. Qismət. 2005. s.198
  6. Turan
    Azər, “Əzəl-axır dünya Türkün dünyası”, Bakı, Vətən-2007,s.50-51.
  7. Yaqub
    Zəlimxan, “Gözlərimin Nurudu Doğulduğum bu Torpaq”, Bakı, Pedaqogika, 2005, s
    35.
  8. Aslan Məmməd, Mövlana Heyrəti, İrfan İctimai Fikir
    Jurnalı, sentyabr-oktyabr 2007, №12,  http://www.irfandergisi.com/12/08.php
  9. Hüseynoğlu Sərvaz, Sazda ana laylası
    var, Ədəbiyyat qəzeti No 23, 19.06.2009 http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1984
  10. Karabacak  Muhammed Aşır,  Mövlananın “Gəl” Deyişi
    http://www.irfandergisi.com/23/38.php
  11. Kreis Steven, The History Guide,
    Lectures on Ancient and Medieval European History, Lecture 18, Islamic
    Civilization http://www.historyguide.org/ancient/lecture18b.html
  12. Zülfüqarov Əliheydər, Sufilik və onun
    Azərbaycanda yayılması, http://www.irfandergisi.com/14/18.php

Gün doğmuş… gün batmış…əbəd bizimdir!

Azərbaycan və Türkiyə xalqları, ictimai xadimləri 70 illik ayrılığa və müxtəlif sistemlərdə yaşamaqlarına baxmayaraq yaşadıqları talelərdə bənzərliklər çox olmuşdur. Sanki türk xalqları müxtəlif sistemlərdə yaşasalarda qarşılaşdıqları keşməkeşlər eyni mərkəzdən idarə olunmuş və bu millətə yaşatdırılan əzab əziyyətlərin ssenarisi, üsulu eyni təfəkkürün məhsulu nəticəsi olduğu təsiri bağışlamışdır. Xüsusilə milli-mənəvi dəyərlərə, ümumtürk ədəbiyyatına, mədəniyyətinə sahib çıxan ziyalılar, ictimai xadimlər bu əzabların ən sərt üzünü həbsxanalarda, sürgünlərdə, dar ağaclarında və sair zorakılıqlarla üzləşmişlər. Bu taledən öz payını alanlardan biri də Nəcib Fazil Qısakürək olmuşdur.

Nəcib Fazıl Qısakürəyin mübarizəsinin haqlılığını və zəruriliyini Azərbaycan oxucusuna düzgün çatdıranlardan Məmməd Aslan və Zəlimxan Yaqub olduğunu qeyd etməliyik. Maraqlı olan xüsus o dur ki, N.F.Qısakürəyin tənqid etdiyi qüsurların, onun xeyirxah niyyətinin qarşısını alan insanların eyniləri həmin məqamları Azərbaycan ictimaiyətinə çatdıran M.Aslan və Z.Yaquba qarşıda bu cür qüvvələrdə olmuşdur. Əgər haqqın rəhmətinə qovuşmasa idi, 80 yaşını haqlamış Nəcib Fazil ömrünün qürubunu həbsxanada keçirmək məcburiyyətində qalacaqdı. N. F. Qısakürəyin isə
yeganə günahı öz xalqına, millətinə xidmət etmək idi.

                  “O dəmdə ki, pərdələr qalxar, pərdələr enər,

                  Əzrayıla “ xoş gəldin”- deyə bilməkdi hünər.

Bu mənalı yaşanmış bir ömrün qanuni sonluğudur. Dünyanı qorxa-qorxa yaşamışlar “dünya körpüsündən” titrəmədən keçə bilməzlər”.[1]

M. Aslan, N. F. Qısakürək, Z.Yaqub cəsarətinin əsas məqsədi ölümsüzlüyə , Allaha (c.c) qovuşmaqdır. N. F. Qısakürəyin “ Zindandan Məhmətə məktub” şeri elə şairin öz həyatını, dərdlərini əks etdirir. Şerin bəzi hissələrinə baxmaqda yarar var:

                   “Zindan- iki heca, Məhmətim, lafta,

                   Ata qatiliylə atan bir safta,

                   Bir də bir anlamaz- boynunda yafta,

                   Halımı düşünüb yanma, Məhmətim,

                  Qovuşmaqmı?… Bəlkə…hələ ölmədim!”[2]

Şair ölkəsinə xidmətlərin qarşılığında ata qatili ilə eyni sırada tutulmasına, yanır:

                    “Bir aləm ki, gözlər qorxu içində,

                    Ağıl ağılsızın zoru içində

                    Üst-üstü sorular soru içində,

                     Düşünmü, danışmı, susmu, unutmu?!

                    Burdan insanmı çıxar, tabutmu?!”[3]

Göründüyü kimi, şairi zəhmətinin bəhrəsini ancaq tabutla alacağını düşünərək ümidsizləşir. Lakin bu ümidsizlik müsəlmana yaraşmadığı üçün bir işıq parıldayır:

         “Səs  dəmir, su dəmir və çörək dəmir

         İstərsən dəmirdə muhalı gəlmir

         Nə gələr ki, əldən, qədər bu, əmir…

         Dünyaya qapalı, Allaha açıq”.[4]

Bəli şairin qapısı, pəncərəsi bu dünyaya bağlı olsa da, onun ümid işığı yalnız Allahadır (c.c.). Məhz Allaha güvənməsi
gücünü, əhvalını, ümid işığını artırır:

          “Məhmətim, sevinin, başlar yüksəkdə

          Ölsək də sevinin, evə dönsək də!

          Sanma bu təkərək qalar tümsəkdə,

          Sabah, əlbət bizim, əlbət bizimdir!

        Gün doğmuş… gün batmış ….əbəd bizimdir!”[5]

N.F. Qısakürək arzularımın həyata keçəcəyinə əmindir və gələcəyin cavanlarına çox inanır. Nəticə olaraq Cənab Şəhabəddindən
bu məsələyə bağlı “Tiryəki  sözlərindən” nümunə versək, məqsədimiz daha da anlaşılar:

“Tale acizləri qorxudur, cəsurlara cəsarət verir”, “Cəmiyyətlər də şəhərlər kimidir, xarab olsalar da , böyük və sağlam parçaları ayaq üstə qalır”.

Nəcib Fazil Qısakürəyin M. Aslanla digər oxşar yönü cəsarətləridir və bu xarab cəmiyyətin sağlam parçaları olduqları
üçün hər zaman ayaqdadırlar. Bu səbəbdən N.F. Qısakürəyə ustad təxəllüsü verilmişdir. Ustad hər yönüylə obyektivdir, o sadəcə düşmənlərinin yanlışını göstərmirdi, eyni zamanda onun dünyagörüşünü paylaşanların da səhvlərini deməkdən çəkinmirdi.
Şair “Düşmənimə” şerində deyir:

                          “Ey düşmənim, sən mənim iradəm və hızımsan

                           Gündüz gecəyə möhtac, mənə də sən lazımsan”.[6]

“Camaat” şeri isə bir başqa problemi qabardır:

            “Sözdə islam… bir fərdi bir fərdinə qaynamaz,

            Bu halla utanmadan camedə səf-səf namaz…”[7]

Ustadın dini dünyagörüşü, islama dərin imanı hamıya bəllidir, lakin islam dünyasının dağınıqlığı və düşdüyü çətin vəziyyətə
görə bir-birini günahlandırması müəllifi dərindən düşündürür, onu narahat edir. Halbuki eyni əqidəni paylaşan insanlar, cəmiyyətlər, ölkələr və s. biri digərini suçlamaqdansa, bir-birilərinə qaynaşıb ortaq məxrəcə gəlməli, eyni hədəfə vurmalıdırlar. Təbii ki, bu səviyyəyə çatmaq üçün düşmənlərin hiylələrindən xəbərdar olmaq, təsir dairəsindən qurtulmaq lazımdır. M. Niyazi maraqlı müqayisə aparır və bildirir ki, Mövlana, Yunus kimi  mistik yönləri ağır basanlar xaric, bütün dahi sənətkarların iztirabları vardır. Hər halda Nəcib Fazili, dünyada Hölderlin, Kleist, Baudelaire, Rimbaud ile müqayisə etmək olar. O ilanlı quyudan heç biri çıxa bilmədi. Hölderlin, dramatik bir həyatda pərişan oldu. Kleist, intihar etdi; Baudelaire mövsümünü  çaşan çiçək kimi baharında soldu; Rimbaud, ruhunu itirib bir damla işıq üçün diyar-diyar dolaşdı. Nəcib Fazıl isə
Əbdülhakim Arvasinin uzatdığı iman ipinə sarılıb çıxdı; fəqət bu ona bahalıya mal oldu. İncəsənət Akademiyasındakı müəllimliyi əlindən alındı, banka müfəttişliyi vəzifəsinə son verildi, adı məktəb kitablarından çıxarıldı… Əslində Əbdülhakim Arvasiyə yaxın olduqda başına nələrin gələ biləcəyini bilirdi, amma insan və cəmiyyət üçün mənəviyyatın nə demək olduğunun da fərqində idi; əsil olan hesab adamı deyil, iman adamı olmaqdı.

 İslami bir yola girdiyi üçün sənət və fikir mühiti ilə də əlaqəsi qopdu. Yazdıqlarını görməzlikdən gəlirdilər; “Üzərimə sükut külü tökürlər” deyirdi; bugün də elədir. Müəllif dediklərinə onu da əlavə edir ki, “Bir Adam Yaratmak” pyesinin üz səhifəsində ki ‘Necip Fazıl’ adına bir bant çəkilib yerinə Şekspir yazılsa, Şekspir mütəxəssisləri belə fərqinə vara bilməzlər. Hətta, “Ondakı bu metafizik dərinliyi necə sezmədim” deyə də heyrət edərlər. Dəyərli əsərləri tanıdılsa, geniş kütlələr tərəfindən oxunsa, yaxşı olmazmı? Neyləyək; “Baht utansın”dan başqa nə deyə bilərik?”[8]

     N. Fazilin “Came” şeri saxta demokratiyanın bir başqa üzünü göstərir:

             “Camelər sərbəst, amma bütün yolları yasaq

             Onlar meydana hakim, bizsə camedə dustaq”.[9]

 İslam ölkələri işğalla, borclarla boğuşmaqdadırlar, adətən camedə dustaqdırlar. Əslində dünyadakı demokratiyaya görə müsəlmanların bir araya gəlməsində heç bir problem olmamalıdır, ancaq bu istiqamətdə atılan hər bir addım Türk-islam dünyasının qabağını almaqdadır. M. Aslanın N. Fazilin bioqrafiyası və yaradıcılığına müraciət etməsi və kitabında onun əsərlərindən nümunələr verməsi, göründüyü kimi, səbəbsiz deyil. Bu nümunələr və onlara verdiyi şərhlər vasitəsilə Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin, sanki qırılan, daha doğrusu, “qırdırılan” yerinə qayıdır, o yaraları müalicə, əlaqələri bərpa etmək istəyir M. Aslan. Onun təqdim etdiyi hər bir misra, hər bir bənd özünüdərkə, özünəqayıdışa
istiqamətlənib. “Getdi” şeri də bu məqsədə xidmət edir:

               “Getdi su yollarını qıvrım- qıvrım bilənlər

               Bir ot yığımı qaldı- kökündən kəsilənlər”.[10]

“Saxta qəhrəman”ın da həm yazılma, həm də təqdim olunma səbəbi eynidir:

               “Bizə qalan əziz borc əsirlik zamanlardan,

               Tarixi təmizləmək saxta qəhrəmanlardan!”[11]

Şerlərdə ustadın maarifçilik məsələsinə verdiyi önəmi müşahidə edirik. Ustad tariximizdə Türk dünyası üçün canından keçən qəhrəmanların yenidən İslamı tədqiq edərək, tarixin düzgün olaraq verilməsinə çağırır. Nə yamandır ki, türk-islam düşmənləri bizə qəhrəman olaraq öyrədilmiş,
beyinlərimizə elə həkk olunmuşdur.

“Əmanət olsun” şerində ustad gənclərə üz tutur:

               “Keçmişlərdən xəbərsiz nizama lənət olsun.

              Ey gənc adam, bu düstur sənə əmanət olsun.”[12]

M. Aslan yazır: “Təəssüflər olsun ki, millət olaraq düşdüyümüz çətinlikləri hiss etsək də, bunların həlli üçün gündəlik düşünürük”.[13]
Bu çətinliklərdən, fəlakətlərdən ən dəhşətlisi isə “Qürbətçi harayı” bölməsində təsvir edilən türk insanının yaşadığı dramatik hadisələrdir.  Bu dramatik hadisələr həm maddi, həm mənəvi tərəfdəndir. Təbii ki, tarixdə öz sözünü demiş şanlı bir millət üçün belə bir hal dözülməzdir.
Elə bu əhval-ruhiyyəni Tofiq Fikrətin şeri ilə açıqlasaq tam yerinə düşər:

                “Vaxtilə baban kimsəyə minnətmi edərdi?

                Yox! Qalmadı haşa sana zillət pədərindən,

                Dünyada şərəfdir yaşadan milləti, fərdi,

                İnsanlığı hamal edən alçaqlığı yıx, əz!”[14]

Billah, yaşamaq xatirinə yerdə sürüklənməyə dəyməz! Şerdən də anlaşıldığı kimi, bütün dünyanın Türk-İslam adətinə ehtiyacı var. 700 illik Osmanlı Dövlətinin ən güclü olduğu ilk 300 illik dövründə dünyada sabitlik və əmin-amanlıq olub. Dünyanın yenə o dövrə ehtiyacı var, gözyaşlarının axmaması üçün Türk-islam ədalətinə ehtiyac var. İnsanlığı hambal edən alçaqlığın yıxılmasına, əzilməsinə ehtiyac var:

“Ədalətli tarixçilər, hətta türklərin apardıqları müharibələri belə mədəniyyət hadisəsi kimi qiymətləndiriblər. Bu gün türk dünyasının mədəni birliyi ümumən dünya üçün də ciddi əhəmiyyət kəsb edir. Türklərin yaşadığı ərazi dünyanın böyük bir hissəsidir, 250 milyonluq xalqın mədəni birliyi olmasa, bu xalq dünyaya bütöv şəkildə inteqrasiya oluna bilməz, parçalanar, ayrı-ayrı xırda qruplar halında inteqrasiya olunar ki, bu da eklektikaya, qarışıqlığa gətirib çıxara bilər. Türk Birliyinin yaranması təbii olduğu qədər də zəruridir”. [15]

Ancaq bunların hamısını həyata keçirmək elə də asan deyil, doğru diaqnozlar qoyularaq problemlər ardıcıllığa görə həll olunmalıdır. Əsərin “Qürbətçi harayı” adlı bölməsi türk insanının üzləşdiyi dramatik qədərin qısa bir epizodudur və şair M. Aslan çox doğru diaqnoz qoyaraq, çıxış yolu axtarır. Şair Ədirnədəki sərhəd qapısında Türkiyənin dörd bir yanından gəlmiş və Avropaya üz tutan qürbətçi işçilərin ləhcələrindən,
dialektlərindən nümunələr verir.[16]
İstər-istəməz türk dilindəki ləhcələri Azərbaycanda olan ləhcələrlə qarşılaşdıraraq və dilimizdə olan bu yaxınlığı əməllərimizdə də arzulayırıq.

       Anadolu türkü ilə Qafqaz türkləri arasındakı bir başqa oxşarlıq torpağa bağlılıqdır. Qürbətçilərin vətən həsrəti diqqət çəkəndir. Lakin Qafqaz və Orta Asiya türkləri öz dillərini rus dili təsirindən qorumaqda çox çətinliklər çəkmişdirlər. Qürbətçi Anadolu türklərinin durumu bizimkindən çox da fərqlənmir. Bir qürbətçi türkün anlatdıqları necə bir girdabın içində olduğumuzu göstərir. Qürbətçinin anlatdığına görə, qonşularının 6 yaşındakı qızı Yasəmin bir kəlmə belə türkcə bilmir. İşin ən qorxulu tərəfi isə odur ki, anası bu vəziyyətlə qürurlanır. Belə, bəzi kompleksli anaların azərbaycanlı soydaşlarımızla oxşarlığı var. Öz ana dilində danışmağı ayıb bilən azərbaycanlılarımızın sayı az deyil. Bundan əlavə hər cəmiyyətin özünə xas müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də mövcuddur. İstər xaricdə, istərsə də daxildə bəzi insanlarımız mənfi tendensiyalara daha meyllidir. Türk-islam mədəniyyəti olaraq, tarixdən bu yana qoruyub saxladığımız ailə qurumu belə çox qısa zamanda Qərb təsiri ilə aşılanmağa başlamışdır. Lakin bu insanlar, nədənsə, Qərbdəki təhsilin səviyyəsini, texnologiyadakı irəliləyişləri, rüşvətin minimumda olduğu cəmiyyətləri
görmək istəmirlər. Nəticədə öz mənfi xüsusiyyətlərimizlə Qərbin mənfi yönlərini alaraq bərbad bir qarışım alınır.

M. Aslanın doğma ana dili ilə fəxr etməsinə səbəblər çoxdur. Qanlı Sovet rejiminin təsiri altında mədəniyyətimizi qoruyub saxlaya bilmək, Azərbaycan xalqının cəsarətidir, hünəridir. Belə cəsarətli insanların sayı Türkiyədə də az deyildir. Ancaq belə insanlara  edilən zülmlər son dövrə qədər davam etmiş və hər cür hiylələrdən istifadə edilmişdir. Belə cəsarətli insanların biri də Nəcib Fazıl Qısakürəkdi. Dəfələrlə həbsxanaya salınmasına baxmayaraq, millətə qarşı aparılan xəyanətləri açıq olaraq üzə dedi. Türk dilində aparılan islahatlar da onun inkişafı üçün olmadığını, tam əksinə, dilin qrammatikasının, sözlərinin dəyişdirildiyini və yeni bir xəyali dilin ortaya çıxdığını açıqca ifadə etdi. O öz şerində, dildə aparılan islahatlara bir az üsyanla, bir az da istehza ilə yanaşaraq uydurulmuş türk dilinin pişiklərin mart ayında fəsil dəyişiklərinə və təbiətə bağlı olaraq
çıxardıqları səsə bənzədir:

               “Nisbətləri pozuldu yeddi səs, yeddi zəngin,

                Mart kədisinin dili bizimkindən çox zəngin”…[17]

Ortaq türk dilinin müəyyənləşdirilməsi üçün B. Vahabzadə də konkret həll yolları göstərmiş və eyni zamanda xəbərdarlıq da etmişdir: “Biz bunu indidən başlatmasaq, gələcək nəsil bizim üzümüzə tüpürəcək”. Başladılması lazım olan işlər isə əsasən bunlardan ibarətdir:

“Ədəbi əsərlərin dövlət nəzdində
hər iki ləhcəyə uyğunlaşdırılması;

Mədəni əlaqələrin
sıxlaşdırılması, müxtəlif qastrolların təşkili;

Türk Dünyası Akademiyası
qurulmalıdır. Bütün türk dünyasında olan akademik mühit bu mərkəzdə işləməlidir;

Ümumtürk Ədəbiyyat Tarixi, Ümumtürk
Sənət Tarixi, Ümumtürk tarix kitabları yazılmalıdır”. [18]

Mövlana, Yunus İmrə, Memar Sinan və daha neçə-neçə
dahilərimiz bu fani dünyada öz izini qoyub gedib. Arada bir neçə əsrlik boşluq
olsa da, bu millət böyük imperatorluğun külü üstündə qurduğu dövlətini yenidən
çiçəkləndirdi. Bu inkişafda, oyanışda, bu dirçəlişdə ədəbi mühitin də öz rolu
olmuşdur. Ölkəsinin çətin, məşəqqətli dövrlərində xalqını ayağa qaldıran, şəhidliyin
necə bir ulu zirvə olduğunu millətinə çatdıran məhz M. A. Ərsoy idi. Bu təfəkkürün
davamçısı, bu oyanışın silahdaşı, ideoloqlarından biri də N. F. Qısakürəkdir.
M. Aslan və Z. Yaqub hər iki şairin əsərlərinə öz yaradıcılıqlarında geniş yer verirlər.
Z. Yaqubun N. F. Qısakürəyin ruhuna həsr etdiyi “Cüt sətirlər” şerləri müasir
Türk insanının keçdiyi keşməkeşli tarixi yolların lakonik izahıdır.

“İllərcə Nəcib Fazili tərifləməyə kəlimə tapa bilməyən,
onu məqam, vəzifə və şöhrətə boğan, onu Türk ədəbiyyatının ən böyük şairi
olaraq görən və göstərənlərin bir çoxu, ondakı dəyişimi və islami dəyərlərə
sahib çıxmasını heç bir cürə qəbul edə bilməzlər. Ondan “üz çevirib” və ona “sənətinə
qıymış adam” damğası vurarlar”.[19]

Düşmənlərimiz içimizə sızıb ən yüksək vəzifələri
tutmuş, bizi daxildən oymuşlar. Bu kirli əməlləri həyata keçirməklə bizi məhv
etməyə çalışmışlar. Sovet rejimi bizi bizdən uzaqlaşdırır, dilimizin inkişafını
ləngidir, ortaq dəyərləri məhv edirdi, həm də sapı özümüzdən olan baltalarla!
Eyni paralelliyi türk tarixində də müşahidə edirik. M. Aslanın qeyd etdiyi kimi,
öztürkcələşmə adı altında uydurma türk dilini türk xalqına sırımışlar və bunu
edən o dövrün Türk Dil Qurumunun idarəçilərindən erməni əsilli Aqop Dilaçardır.
Bu səbəbdən  “Qılınc və balınc”
misralarında Z. Yaqub deyir:

                               Başımızın altına qoyulan balınca bax,

                              Başımızın üstündə yellənən qılınca bax!

Şair
bu millətə qurulan tələlərin ünvanını da göstərir.

Başçıda baş olanda bəxtimizə gün düşər,

Başçı başsız olanda bəxtimiz düyün düşər![20]

Şair
“Sual” şeri ilə davam edir:

                                Göy üzünü bürüyür yer üzünün
ahları

                                İnsan necə
götürür bu qədər günahları!

Şair
Z. Yaqub bildirir ki,  N. F. Qısakürəyin
bu dünyada bir yeganə dərdi var. Bu dərd, bu çilə insanlığı xoşbəxt görmək
arzusudur. Özünü də düşünmür, əgər düşünsə idi 79 yaşlı qəhrəman şair həbsxanadan
çəkinər, doğruları millətimizə hayqırmazdı. Onun tək məqsədinin Allahın rizası
olduğu və nəfəsinə də öz ulu babaları kimi qalib gəlməsi bu şerlərdə nəzərimizə
çatdırılır:

                            Hər
qarışı müqəddəs aranı sev, dağı sev,

                            Məni
sevmək istəsən bu yurdu, torpağı sev.

                           “Sev”

Şair təvazökarlığı, insanlığı şəxsi maraqlarından
üstün tutmaq bir müsəlmanın zəruri xüsusiyyətidir. Bu xüsusiyyət N. F. Qısakürəyin
genlərinə hopub, damarlarında axır. Allah yolunda çəkilən iztirab da, çilə də
onun üçün şirindir:

                              Bir
kitab oxuyuram, ucadı hər kitabdan,

                              Allah,
məni ayırma bu şirin iztirabdan!

                             “Quran”

 Daha əvvəl zikr
etdiyimiz B. Vahabzadənin şeri ilə Z. Yaqubun “Şam” şeri də bu məsələni bir
daha izah edir.

                               Könül, əgər bənzəməsən
pərvanəyə, ya şama!

                                Çırp özünü qayalara, öl, dünyada yaşama!

                               “Şam”

Şair Allah yolunda yaşamayacaqsa, bu yolda iztirab,
çilə çəkməyəcəksə ölməyi üstün tutur. Şairə haqq şairi olması, eşqin alovu bunu
dedirdir. Ən gözəl, şirin, xeyirli həyatı bunda görür. Lakin öz nəfsinin üzləşdiyi
bu problemlərə toy-bayram kimi baxan şair digər insanların başına gələn fəlakətləri,
bəlaları ürək ağrısı ilə qarşılayır və bu göz yaşlarının dayanmasını, susmasını
istəyir:

                             Nə qədər ki…

                             Nə qədər ki, insanın gözündən axan su var,

                             Nə qəlbin rahatlığı, nə gözün yuxusu var!

Şair elə bu göz yaşları ilə düşdüyümüz hala baxır,
insanlarımızı düşünməyə vadar edir. Birimizin yaxşı yaşayıb, minimizin göz yaşı
tökməsini ədalətsizlik sayır. Elə bu səbəbdən dərdlərimizin qorxunc səviyyədə
olmasını belə təsvir edir:

                            Əsdikcə
əzdi-tökdü, çeynədikcə-çeynədi,

                            Günümüzə
bax Allah, dərd gör bizə neylədi!

                           “Dərd”

Bu dərdlərin səbəblərini anlamalıyıq, təhlil etməliyik
və özümüzə nəticə çıxarmalıyıq. Əslində uzun tədqiqatlara da ehtiyac yoxdur,
çünki İslamı anlamaq və ona sarılmaq bizi bir çox problemlərdən uzaqlaşdıracaq
və bəzi məsələlər öz həllini tapacaq. Tarixi tədqiqatlarımız da səhvlərin, şər
olan məsələlərin harada bizə bulaşdığını gələcək nəsillərə çatdırmaq, onlarda
oyanıq şüur formalaşdırmaq üçün lazımdır. Millət olaraq biz xeyirli olanları
qavrayıb tətbiq etdikdə nəyi bacara biləcəyimizi şair belə təsvir edir:

                           Anlamaq

                           Vaxtında
anlasaydıq nədir xeyir-şərimiz,

                           Yerin
bir tərəfini əyərdi ləngərimiz![21]

Anlayış deyəndə birtərəfli düşünmək haqsızlıq olar. M.
Aslan yaradıcılığını təhlil edərkən qardaş Türkiyədən Azərbaycanlı şairlərimizin
səsinə səs verən bir çoxunun adını çəkmişdik. Z. Yaqub bunlara əlavə olaraq
Nacib Tosun, İrfan Ülkü, Nizamettin Onkun da adlarını çəkir. Mövlananın, Yunus
İmrənin, M. Akifin, N. F. Qısakürəyin tökdüyü gözyaşılarını indi Nacib Tosun
tökür və Azərbaycan türkünün müstəqillik yolunda keçdiyi əzablı yolu bu sözlərlə
təsvir edir: “Azərbaycan torpağına qan damlatsan, can bitər!” Bu sözlərin çox dərin
mənası var. Bu torpaq uğrunda qan tökən şəhidlərin varisləri dünyadakı sülhü
canlandırırlar. Onu da əminliklə deyə bilərik ki, insanlıqdan nəsibini almamış
erməni daşnakları bu gözəlliyi ancaq bizim cəmiyyətdə yaşamaqla dada bilər.
İndi Rusiyaya Azərbaycandan köçmüş bir çox erməni də keçmiş günlərdə yaşadığı
bu insanlıq mənzərəsini həsrətlə xatırlayır.

        Z. Yaqubun bu söhbətdən, ürəkləri titrədən
mənzərədən gözləri yaşarır, kövrək misraları yadigar olaraq yaddaşlara həkk
olunur:

                        Gözəl
dedin, arkadaşım, qardaşım,

                        Bu
torpağa qan damlatsan, can bitər!

                        Gönüldaşım,
məsləkdaşım, qandaşım,

                        Yer
şumlanar, toxum düşər, dən bitər.

                        Bu
torpağa qan damlatsan, can bitər!

 

Ədəbiyyat:

  1. Aslan M., “Ərzurumun Gədiyinə Varanda”, İşıq,
    Bakı-1985
  2. Niyazi M. “Necip
    Fazıl bir iman adamıydı”,        http://www.zaman.com.tr/yazar.do?yazino=856463&title=necip-fazil-bir-iman-adamiydi
  3. Göyyallı X., Cəfərov N., “Mədəni-etnik birlikdən
    siyasi birliyə doğru: Bu inteqrasiya dil və əlifba faktorundan keçir”, Mədəniyyət
    qəzeti, 20 Dekabr 2008, N 98
  4. Dr. Karaman E., “Bahtiyar Vahabzade ile Dil, Kültür
    ve Tarih Üzerine Bir Söyleşi”, Journal of Caucasian Studies, Fall 2004, Number
    1
  5. Kısakürek, “O ve Ben”, s. 68, Sızıntı, İl 29, Sayı
    348, Yanvar 2008
  6. Yagub Zelimhan, , Seni sevmək için geldim dünyaya /
    tərtib edən Ülkü İrfan, Kum Saati Yayıncılık, İstanbul-2003


[1] Aslan M., “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 66

[2] Aslan M., “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 65

[3] Aslan M., “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 65

[4] Aslan M., “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 66

[5] Aslan M., “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 66

[6] Orada, s.85

[7] Orada, s.86

[8] Niyazi M. “Necip
Fazıl bir iman adamıydı”,        http://www.zaman.com.tr/yazar.do?yazino=856463&title=necip-fazil-bir-iman-adamiydi

[9] Aslan M. “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 86

[10] Aslan M. “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s. 86

[11] Orada, s.86

[12] Orada, s.86

[13] Orada, s.15

[14] Orada, s.92

[15] Göyyallı X., Cəfərov N., “Mədəni-etnik birlikdən siyasi birliyə
doğru: Bu inteqrasiya dil və əlifba faktorundan
keçir”, Mədəniyyət qəzeti, 20 Dekabr 2008, N 98, s. 4

[16] Aslan M., “Ərzurumun Gədiyinə Varanda”, İşıq, Bakı-1985, s. 95

[17] Aslan M. “Ərzurumun gədiyinə varanda”, İşıq, Bakı-1985, s.160

[18] Dr. Karaman E., “Bahtiyar Vahabzade ile Dil, Kültür ve Tarih
Üzerine Bir Söyleşi”, Journal of Caucasian Studies, Fall 2004, Number 1

[19] Kısakürek,
“O ve Ben”, s. 68, Sızıntı, İl 29, Sayı 348, Yanvar 2008, s. 612

[20] Yagub Zelimhan, , Seni sevmək için geldim dünyaya / tərtib edən
Ülkü İrfan, Kum Saati Yayıncılık, İstanbul-2003, s. 29

[21] Yagub Zelimhan, , Seni sevmək için geldim dünyaya / tərtib edən
Ülkü İrfan, Kum Saati Yayıncılık, İstanbul-2003, s. 30

Ümumtürk ədəbiyyatı kontekstində Zəlimxan Yaqub

və Məmməd Aslan müqayisəsi

 Müasir dövrdə Azərbaycan-türk ədəbi əlaqələrinin inkişafında iki böyük şairimizin‒ Məmməd Aslan və Zəlimxan Yaqubun böyük rolu vardır. Hər iki şairin yaradıcılığında ideya, mövzu, obrazlar sistemi baxımından yaxınlıq müşahidə olunsa da, məsələlərə yanaşma baxımından müəyyən fərqlər də mövcuddur. M. Aslanın “Ərzurumun gədiyinə varanda” əsəri ilə Z. Yaqubun “Türkiyə dəftəri” şerlər toplusunu müqayisə etsək, qeyd edilən fikirlər öz təsdiqini tapacaqdır. M. Aslanın adı çəkilən əsərində  məkan olaraq Ərzurum, Qars, İstanbul, obraz olaraq Mövlana, Yunus İmrə, Nəcib Fazil Qısakürək, Məhməd Akif Ərsoyu seçməsi, folklorumuzu, təsəvvüf ədəbiyyatını təhlil etməsi, ümumtürk dəyərləri olaraq dil, tarix, mədəniyyət kimi mövzulardan çıxış etməsi Z. Yaqub yaradıcılığına da xasdır. Z. Yaqub Türkiyə səfərindən sonra “Türkiyə dəftəri” şeirlər toplusunu yazmış və sanki “Ərzurumun gədiyinə varanda” əsərindən ilham almışdır. Bu oxşarlıqlarla yanaşı, hər iki şairin üslub fərqi açıq-aydın görünür və bu müqayisəni aparmaqla Azərbaycan-türk ədəbi əlaqələri kontekstində hər iki şairin rolunu daha düzgün qiymətləndirmiş olarıq.  

Z. Yaqubun “Füzuli-Sabir” şeiri bu baxımdan əhəmiyyətlidir. Z. Yaqub məşhur lirika ustası Füzuli ilə satira ustadı Sabiri müqayisə edir, birini “heyrət qalası”, digərini “qeyrət qalası” adlandırır, onları dahilik zirvəsində görüşdürür:

Gözəlliyə, gözələ könlünü bağlayanda

Füzuli “heyrət!”-dedi.

Millətinin halına güləndə ağlayanda

Sabirim “qeyrət!”- dedi. (1, 230).

    Füzuli gözəllik qarşısında “Heyrət, ey büt” demiş və gözəlliyi tərənnüm etmişdir. Gözəllik isə təbiətin bəxşişidir. Beləliklə, Füzuli təbiət gözəlliyi qarşısında heyrətlənir, alışıb-yanan aşiqin iztirabını nəzmə çəkir. Sabir isə əksinə, təbiətdən yan keçir, cəmiyyətə dönür, onun eybəcərliyini qamçılayır, bu eybəcərliklərdən uzaqlaşmaq üçün bizi qeyrətə çağırır:

Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar. (1, 230).

    Onu da qeyd edək ki, əslində hər iki ustad eyni məqsədə xidmət edir. Çünki, gözəlliyi öymək çirkinliyi döyməkdir, yaxud əksinə.

“Füzuli-Sabir” şeri təhlil etdiyimiz məsələlərdən birini işıqlandırır. Belə ki, Füzuli və Sabirin xüsusiyyətləri, məsələlərə yanaşma tərzi ilə müqayisədə Z. Yaqub və M.Aslan şəxsiyyətləri, dolayısı ilə, M. Füzuli-Z.Yaqub, M.Ə.Sabir-M.Aslan paralelliyi müşahidə olunur. Füzuli və Sabirdəki bu fərq Azərbaycan-türk ədəbiyyatı kontekstində  Z. Yaqub və M.Aslan yaradıcılığında da görünür. Z.Yaqub öz şerlərində daha çox gözəlliyi tərənnüm edərək, bunların sayını artırmağa çalışır. Z. Yaqub bütün türk dünyasının məşhur ədiblərini, şairlərini araşdıır, daha çox fikirdə birliyə nail olmağa çalışır və fikir ayrılıqları olan mövzulara toxunmur, bunların türk dünyasına ən xırda zərər vurmasını belə istəmir. Məmməd Aslan isə Sabir kimi cəmiyyətimizdəki eybəcərlikləri ifşa edir, belə mənfi hallardan uzaq olmağa, problemlərin həlli üçün qeyrətə çağırır. Məsələyə yanaşma tərzi fərqli olsa da, hər iki şairimizin yeganə amalı, məqsədi, yeganə davası var, o da şanlı tariximizin bizə verdiyi missiyanı bu gün həyata keçirmək və bu yeni dünya düzənində öz layiqli yerini tutmaqdır.

Z. Yaqubun şeirindəki səmimiyyət, içdənlik göstərir ki, şair türk dünyasının firavanlığı naminə, gələcəyi uğrunda ruhunu belə qurban vermişdir. Z. Yaqub bir çox çıxışlarında bu eşqi tərənnüm etmişdir. Xəlil Rza Ulutürkə görə, Z. Yaqubu təkcə bir ər kimi, söz qəhrəmanı kimi deyil, həm də ictimai ürək kimi tanımaq  və ondan ibrət götürmək lazımdır. Bu ürəyin nə qədər geniş olduğunu Z. Yaqubun “Açın ürəyimi, həkimlər, açın! ” şerində görmək olur:

                             Tibetdən  Altaya, Anadoluya

                             Təbrizə, Bakıya, Qarsa, Boluya

                             Mənim varlığımın nurunu saçın.

                             Doğuyla Batının arası boyda

                             Açın ürəyimi, həkimlər, açın! (2, 134). 

    Z. Yaqubun qədim türk torpaqlarına saçdığı nur, həm də bizim birliyimiz üçün, özümüzə, kökümüzə qayıtmaq üçün səpilmiş bir toxumdur, oyanışdır. Z. Yaqubun sözündəki, şerindəki bu güç hələ öz bəhrəsini bundan sonra verəcək. Z. Yaqubun bu addımları atmasının səbəbi nəyinsə meyvəsini toplamaq deyil. Şair türk dünyasının bu qədər parçalanmasını ürək ağrısıyla, yanqısıyla dilə gətirir. O, özünü qurban verir, gələcək nəsillərin eyni ağrı-acıları çəkməməsi üçün əlindən gələni əsirgəmir. Təbii ki, ürək yanqısıyla, fədakarlıqla atılmış addımlar heç  zaman cavabsız , bəhrəsiz qalmaz.

    Z. Yaqub və M. Aslan yaradıcılığının ortaq məqsədi və amalı açıq-aydın görünür. Məsələlərə yanaşmada ki fərq isə öz-özlüyündə bir Z. Yaqub, bir M. Aslandır! Yuxarıda qeyd etdiyimiz kimi, Z. Yaqubun üslubu Füzuli üslubuna daha yaxındır, M Aslanın üslubu isə Sabir  üslubuna. Bu da bir həqiqətdir ki, Füzuli və Sabir arasında ən az 4 əsrlik zaman fərqi var və hər bir şairimiz mühitə görə ən uyğun üslub seçib. Bəs eyni dövrdə, eyni mühitdə yaşayan bu iki şairimizin iki, həm də fərqli üslubu nə ilə əlaqədardır? Burada kiçik bir məsələni nəzərdən qaçırmamaq lazımdır. Post-modern adlandırılan bu dönəmdə‒müasir dünyamızda dəyərlər bir-birinə çox qarışmış, insanların təfəkkürü əvvəlki dönəmlərə nisbətən daha çox şaxələnmişdir. Sürətlə dəyişən dünyamızda, bu gün doğru deyilənin sabah tam əksinə olduğu dövrdə fərqli üslubda yazan şairlərə – zamanla ayaqlaşa, ona hərtərəfli yanaşa, baxa bilən yazıçılara, şairlərə ehtiyacımız var. Nəticədə, M. Aslanın və Z. Yaqubun üslub fərqliliyi bizə çox lazımlıdır, çünki bu üslub ədəbiyyatımıza rəng gətirir. Ona ikili baxışı ortaya qoyur, onu sevgi-tənqid gözü ilə bizə təqdim edir. Bir tərəf “sev” deyir, bir tərəf “gözünü eşq tutmasın, tənqidləri gör, düşmənləri gör” deyir.

 M. Aslan müasir dövrdə türk dünyasında baş verən hadisələri, mənfi tendensiyaları kəskin şəkildə tənqid edən şairdir. Türk atalar sözündəki kimi “Dost acı söylər” deyən M .Aslan daha çox qeyrət şüarı ilə yanlışlarımızın kökünə enir və sözü ən kəskin formada çatdırır. Məsələn, M. Aslan qəlbindəki böyük Türkiyə sevgisinə baxmayaraq, türklüyümüzün ən önəmli göstəricisi olan dilimizin pozulmasına sərt reaksiya verir. O yazır:

“Türk milləti neçə illər ayrı qalsa da, eyni dünyanın və dəyərlərin hələ də güclü izləri var”. Bunu M. Aslanın Türkiyədə kəndlilərlə görüşlərindən açıq-aydın anlayırıq. Əsas məsələ sözün həqiqi və məcazi mənasında insanlarımızın ortaq dil tapmalarıdır. Bu ortaqlıq bizi birləşdirən iki əsas istiqamətdə olmalıdır: türk-islam düşüncəsi və təfəkkürü, ikincisi isə ortaq türk dili formalaşdırılması olmalıdır. M. Aslan ikinci məsələyə əsərində açıqlıq vermişdir və bir çox söz seçimini ortaq istifadə etdiyimiz sözlərə üstünlük verərək əsəri ərsəyə gətirmişdir. Bu əsər özlüyündə belə bir düşüncənin həyata keçirə bilmə imkanlarından xəbər verir. Bununla yanaşı bəzi çətinliklər də mövcuddur ki, bunların nədən ibarət olduğunun M. Aslan geniş izahını vermişdir. Türk-islam mədəniyyətini yox eləmək üçün “gizli qılınclar”, “baltalar” Osmanlı arxivlərini talan etdikləri kimi, elə eyni illərdən başlayaraq Türkiyə türkcəsini də məhv etməyə başlamışdır. Bu “gizli qılıncların”, “baltaların” əməlləri bizim hansı mövzularda daha həssas olmağımıza bir işarətdir. Tarixə və dilə olan çox qısa dönəmdəki bu müdaxilələrin bir məqsədi olmuşdur: kütləvi savadsızlığı artırmaq və türk dünyasından uzaqlaşdırmaq.

     Yeni nəsil Türk Dil Qurumunun yaratdığı dil sədlərindən keçib klassiklərinə tapına bilmir. Bu gün klassik şairlər, klassik yazıçılar türk məktəblisi üçün az qala əcnəbi dilli bir ədəbiyyata çevrilmişdir. Nəsillərin dil bağı, dil əlaqəsi bir növ üzülmüşdür. Klassik bir şairi oxumaq istəyən gənc ucdantutma dəyişdirilmiş sözlərin qarşılığını tapıncaya qədər şer oxumaq ovqatından da düşür və, ümumiyyətlə, bu cür oxu heç vaxt oxucuya ləzzət verməz. İndi klassik ədəbiyyat ancaq eksponat kimi ya muzey malına çevrilmiş, ya da tədqiqatçının məhdud dairəsinə xidmət göstərən antik bir vasitə olmuşdur (3, 167).

Acınacaqlı olan odur ki, bütün aparılan bu işlərin bir şüarı var, o da “öztürkçələşdirmə”, yani tarix boyu türk dilinə keçmiş sözlərdən arındırmaq və bunların yerinə yeni sözlər kəşf etmək. Bu ideya əsasında Türk Dil Qurumu bir millətin taleyini dərindən yaralayan addımlar atmış və bu addımlar da özlüyündə bir neçə zəncirvarı reaksiyaya səbəb olmuşdur. Bu görünən səhvlərin bir neçəsini sadalamaq olar.

“Birincisi, dünya dillərinin hamısında söz, kəlimə alış-verişi hər zaman olmuşdur. Bunun əksi o dilin, o cəmiyyətin, o millətin, inkişafda olmadığının bir göstəricisidir. Türk dili tarix boyunca başqa dillərdən keçmiş sözlərin özününkü etmək qüdrətini göstərmiş bir dildir Nəticədə, hər hansı bir elm adamı öz dilində bir məqalə yazmaq üçün lüğətdən istifadə etməli olur. Məsələn; katibə-yazman, siyasi-siyasal, əhəmiyyət-önəm, məsələ-sorun, həyat-yaşam, tədbir-önləm, xüsusiyyət-özəllik, təşkilat-örgüt, əsər-yapıt, dünya-acun, istedad-yetinək, imkan-olanaq, mədəniyyət-uyqarlıq” (3, 163).

M. Aslanın yuxarıda təsbit etdiyi yaralardan sonra, şair bu əməllərin arxasında necə bir xain düşüncə tərzinin olduğunu göstərir. Əslində bu əməllər aparıldıqda nə tarix düşüncəsi, nə də türk dilli xalqlar nəzərə alınmışdır. Şair belə deyir:

Beş on nəfər öz yanından xalqın başabaş nitq təfəkkürünü dəyişdirməyə gecəli-gündüzlü cəhd göstəriblər. Bunun kökünü xalqda axtarmayıblar, daha doğrusu, bu fikri ifadə etmək vasitəsinin xalqda olacağına ümid bəsləməyiblər. Necə deyərlər, xalqa enmək onların elmi rütbəsinə ar gəlib. Halbuki bir aqilin dediyi kimi: “Xalqa çıxılar, xalqa enilməz” (3, 167).  

Türk Dil Qurumunun “dili arılaşdırmaq” üsulları həm bu dırnaqarası dilçilərin dilçi olmadığını, həm də bu millətə nə qədər yad olduğunu ortaya çıxarır. Sözlər seçildiyində ilk planda qərb düşüncə tərzi qaynaq sayılır: “Təbiət kəlməsində fransızlar “natur” “nature” kəlməsindən istifadə edirlər. “Natur”-un nüvəsində “doğmaq” mənası var. Yeni dil qurumu da bu işığı qaytarıb türkçənin üstünə tutmağa cəhd göstərir və fransızcaya uyğun “doğa” sözünü “yaradır”. Fransız “təbii” əvəzinə “natural” kəlməsi işlədirsə, buradakı “al” şəkilçisini Türk Dil Qurumu götürüb “doğa” sözündən “doğal” sözünü düzəldərək “təbii” sözünü əvəz edir” (3, 163-164).

Bu acınacaqlı vəziyyətə türk dilçilərinin içində üsyan edib tənqid edənlər də tapılmışdır. Bu faciəni doğru təsbit edən insanlarda, gələcək ortaq türk dili üçün çalışılmalıdır. Belə dilçilərdən biri də Məhmət Kaplandır. Onun ortaya qoyduğu fikirlər acı həqiqəti ortaya qoyur:

 “Dil ayrı-ayrı fərdlərin istəklərinə görə inkişaf edib formalaşmır. Onu tarix və millət yaradır. Bu millətin ictimai həyatı və mədəniyyəti necəsə, dili də ona uyar. Öztürkçəcilərin xətası dili ictimai həyatdan ayırma cəhdləridir….. Dili tarix boyu xalq yaradır, dövlət ona düzən verir. Dövlət təzə dil yaratmır. Onun funksiyası bu deyil axı!….. Türk millətinin əsrlərdən bəri sevə-sevə işlətdiyi və mənasını gözəlcə bildiyi minlərcə kəlməni uydurma kəlmələrlə dəyişdirməyə gəlincə, insan bu hərəkatın arxasında nəsə qorxunc anarxizmdən bu gün ağlı olan hər bir türk münəvvəri narahatdır” (3, 161).

Bu faciənin azda olsa, qabağını almağa çalışanlardan biri də, tanınmış dilçi alim Əhməd Bican Ərcilasundur. O, “Qars eli ağızları” kitabında Qars-İğdır vilayətlərində yaşayan yarım milyona yaxın azərbaycanlıların müasir dil məsələlərinə, ləhcə xüsusiyyətlərinə geniş yer verir. Qars kəndlərində yaşayan azərbaycanlılardan transkripsiya ilə qələmə alınmış söyləmələr ən çox Azərbaycanla, folklor örnəkləri ilə diqqət çəkir (3,  211). Bu vilayətlərdə yaşayan insanları M. Aslan “ həyatın bütün sarsıntılarından öz milli təbiətini hünərlə salamat saxlamış azərbaycanlılar !”- adlandırır (3, 210). Bu təsir altında M. Aslan Azərbaycan dili haqqında şerini dilə gətirir.

                    Mənim dilim – yırğalanan bir dəniz,

                    Qayalardan sızıb gələn çeşmədi.

                    Gahdan onu quzu təki görərsiz

                    Gah görərsiz bulud kimi kişnədi (3, 160).

M. Aslanın doğma dilindən qürur duymasına səbəblər çoxdur. Qanlı Sovet rejiminin təsiri altında mədəniyyətimizi qoruyub saxlaya bilmək, Azərbaycan xalqının cəsarətidir, hünəridir. Belə cəsarətli insanların sayı Türkiyədə də az deyildir. Ancaq belə insanlara  edilən zülmlər son dövrə qədər davam etmiş və hər cür hiyləliklər istifadə edilmişdir. Belə cəsarətli insanların biri də Nəcib Fazil Qısakürək olmuşdur. Dəfələrlə həbsxanaya salınmasına baxmayaraq, o, millətə qarşı aparılan xəyanətləri üzə açıq dedi. Türk dilində aparılan islahatların onun inkişafı naminə edilmədiyini, əksinə dilin qrammatikasının, sözlərinin dəyişdirildiyini və yeni bir xəyali dilin ortaya çıxdığını açıqca ifadə etmişdir. O öz şerində, dildə aparılan islahatlara bir az üsyanla, bir az da istehzayla yanaşaraq, uydurulmuş türk dilinin pişiklərin mart ayında fəsil dəyişiklərinə və təbiətə bağlı olaraq çıxardıqları səsə bənzədir:

               Nisbətləri pozuldu yeddi səs, yeddi rəngin,

               Mart kədisinin dili bizimkindən çox zəngin… (3, 160).

 Müstəqilliyimizdən sonrakı dövr şair üçün daha acınacaqlı hal almışdır. Azərbaycan dilinin də göz görə-görə məhv edilməsi onu dərindən yaralamaqdadır. M. Aslan müsahibəsində deyir:

“Türkiyə qəzetçilərinin dilindən bizim jurnalistlər bir şeylər yazmağa başladılar. Elə bilirlər ki, Türkiyə jurnalistlərinin gətirdikləri türkcədir, mən də buna dayanammıram. Avropayi kəlmələri biz oradan öyrəndik, Türkiyədən gözlədiyimizin əksinə dilimizi xarabalığa çevirdik”. (4)

Göründüyü kimi, M. Aslan ünvanından asılı olmayaraq, sözünü çəkinmədən deyir.  Əslində, M.Aslan tənqidində çox haqlıdır və M. Ə. Sabir kimi “qeyrət” deyir. Türkiyəni doğma bildiyi üçün bu tənqidləri söyləmək məcburiyyətini hiss edir. Eyni mövzu ilə bağlı Azərbaycandakı bəzi işbilməzlərin ünvanına daha sərt səslənir:

    “Sizin 70 ildə itirdiklərinizi biz 7 ildə itirdik və itirməyə də davam edirik. Anadolu türkcəsi ilə Azərbaycan türkcəsi son dərəcə təmiz və son dərəcə mənalı, ancaq dağılmaya məhkumdur. Çünki örnək götürüldünüz, kaş ki bizim burada iş bildiyini zənn edənlər sizin başınıza gələnləri yaxşı biləydilər. Onlar sizdən gələnlərin hamısını türkcə kimi qəbul edirlər. İndi baxanda görürsünüz ki, televizorlarda “mersi”, “bonjur”, yəni. sizin çeynəyib atdığınız saqqızları indi bizimkilər təkrardan ağızlarına alıb çeynəyirlər. Bəlkə də, belə etməyə davam edəcəklər.” (4).

       Göründüyü kimi, şair həm Türkiyəni, həm Azərbaycanı özünə doğma bilir və tənqidlərini eyni dərəcədə kəskin ifadə edir. Şair bildirir ki, cəmiyyətdə, xüsusilə də, ədəbiyyatda baş verən bu hadisələr ona dərd gətirir, iztirab verir.

    Z. Yaqub cəmiyyətdə baş verən mənfi hadisələrə daha təmkinli yanaşır, bu tənqidləri daha çox ümumi sözlərlə deməyə çalışır və M Aslandan fərqli olaraq, birbaşa sözünü demək yerinə, dolayı yollarla, Ezop dili ilə danışır.

M. Aslan isə şair olmaqla  yanaşı, həm də publisistdir, buna görə də yanlışları dərhal tənqid etməyi faydalı sayır, bu cür tənqidə inanır. M. Aslan özünün dediyi kimi “Çətin adamdır”, çünki “şairlik kef deyil, ömürlük üzüntü, ehtiyac və zillətdir: dözə bildinsə, bəlkə, şairlər vadisinə yol tapmağı bacardın…”:

                     Tənha zirvələrin yol yoldaşıyam,

                     Quşqonmaz dağların ağır qışıyam,

                     Mən qaya parçası, çaxmaq daşıyam:

                     Mən çətin adamam, asan deyiləm… (5).

M. Aslan tənqidi birbaşa – əyib bükmədən deyir. Elə türk müğənnisi Ahu Tuğbayla bağlı düşüncələri buna əyani sübutdur:

 “Ahu Tuğba səhnəyə az qala tam çılpaq halında ehtiraslı bir çılğınlıqla, ikrah doğurucu əsdirmələrlə gəlir. Biz səhnədə qadın müğənnini bu cür görməyə adət etməmişik. Bu qiyafədə, bu açıq-saçıqlıqla müğənni səhnəyə çıxsa, sözün açığı, səhnəni dağıdarıq; mavi ekranda müğənni qadın ədəb-ərkan sərhədini bir azca keçsə, zəng zəng üstündən” (3, 55).

Azərbaycan ziyalıları Sovet İttifaqının dağılacağını çox gözəl təxmin etmələrinə baxmayaraq, Sovet imperiyasının çökməsindən sonra cəmiyyətimizdə yaranacaq boşluğu görəmmirdilər. Hətta bu gün belə yaranmış çətin vəziyyətdən çıxış yolu olaraq fikir qıtlığı mövcuddur. M. Aslan yuxarıda sadaladığımız tənqidləri etdikdə, heç düşünməzdi ki, çox qısa vaxtda – 15 il sonra nəinki müğənnilər, hətta yeni gənclik belə eyni dünyanı paylaşacaqlar. M. Aslan 90-cı illərin əvvəllərində “ Əkil- Bəkil” verlişini yaratdıqca, bugünkü nəsli bu mənfi tendensiyalardan qorumağa çalışsa da, dövrün bəzi rəhbər işçiləri belə təşəbbüslərin dəyərini bilmədilər. M. Aslan  dünyasının Türkiyədəki qarşılığı kimi Nəcib Fazıl Qısakürəyin adını çəksək yanılmarıq. M. Aslanın tənqid etdiyi mövzuları, M. Aslanın qabağını kəsən insanların eyniləri də Türkiyə Respublikasında mövcud idi. Şayət Nəcib Fazıl haqqın rəhmətinə qovuşmasa idi 80 yaşını haqlamış şair ömrünün son qismini həbsxanada keçirmək məcburiyyətində qalacaqdı. N.F. Qısakürəyin isə yeganə günahı öz xalqına, millətinə xidmət etmək idi:

                      O dəmdə ki, pərdələr qalxar, pərdələr enər,

                      Əzrayıla “ xoş gəldin”- deyə bilməkdə hünər.

 Bu, mənalı yaşanmış bir ömrün qanuni sonluğudur. Dünyanı qorxa- qorxa yaşamışlar “ dünya körpüsündən” titrəmədən keçə bilməzlər (3, 66).

M. Aslan, N. F. Qısakürək cəsarətinin əsas məqsədi ölümsüzlüyə , Allah” a (c.c) qovuşmaqdır. N. F. Qısakürəyin “ zindandan Məhmətə məktub” şeri elə şairin öz həyatını, dərdlərini əks etdirir. Şeirin bəzi hissələrinə baxmaqda yarar var:

                        Zindan- iki heca, Məhmətin, lafta,

                        Ata qatiliylə atam bir səftə,

                        Bir də bir anlamaz- boynunda yafta,

                        Halımı düşünüb yanma, Məhmətim,

                        Qovuşmaqmı?… Bəlkə…hələ ölmədim! (3, 65).   

Burada şair ölkəsinə xidmətlərin qarşılığında ata qatiliylə eyni səftə tutulmasına, öz halına yanır:                                     

                    Bir aləm ki, gözlər qorxu içində,

                    Ağıl ağılsızın zoru içində

                    Üst- üstü sorular soru içində,

                    Düşünmü, danışmı, susmu, unutmu?!

                    Burdan insanmı çıxar, tabutmu?!  (3, 65).   

İnsanlar ağılsız rəhbərlərinin zoru altında olmaları, ölkənin bu arzuedilməz vəziyyətə düşməsi soruları soru içində ağla gəlir, şairi çaşdırır, hətta şairin zəhmətinin bəhrəsini ancaq tabutla alacağını düşünərək ümidsizləşir. Lakin bu ümidsizlik müsəlmana yaraşmadığı üçün bir işıq parlayır.

            Səs  dəmir, su dəmir və çörək dəmir,

            İstərsən dəmirdə muhalı gəlmir,

            Nə gələr ki, əldən, qədər bu, əmir…

            Dünyaya qapalı, Allaha açıq (3, 66).   

Bəli şair qapısı, pəncərəsi bu dünyaya bağlı olsa da onun ümid işığı yalnız Allahadır(c.c.). Məhz Allaha güvənmə gücünü, əhvalını, ümid işığını artırır:

             Məhmətim, sevinin, başlar yüksəkdə

             Ölsək də sevinin, evə dönsək də!

             Sanma bu təkərək qalar tümsəkdə,

             Sabah, əlbət bizim, əlbət bizimdir!

             Gün doğmuş… gün batmış ….əbəd bizimdir! (3, 66).   

N.F. Qısakürək əkdiyi toxumların cücərəcəyindən əmindir və gələcəyin cavanlarına çox inanır. N.F.Qısakürək ümidini elə bu məsələyə bağlı qoysaq yerinə düşmüş olar. Nəticə olaraq Cənab Şəhabəddindən bu məsələyə bağlı “tiryaki  sözlərindən” nümunə versək məqsədimizi daha aydın izah etmiş olarıq:

“ Tale acizləri qorxudur, cəsurlara cəsarət verir”, “ Cəmiyyətlər də şəhərlər kimidir, xarab olsalar da , böyük və sağlam parçaları ayaq üstə qalır”.

Nəcib Fazıl Qısakürəyin Məmməd Aslanla oxşar yönü cəsarətləridir və bu xarab cəmiyyətin sağlam parçaları olduqları üçün hər zaman ayaqda qalırlar. Bu səbəbdən N.F.Qısakürəyə üstad təxəllüsü verilmişdir. Üstad hər yönüylə obyektivdi, o sadəcə düşmənlərinin yanlışını göstərmirdi, eyni zamanda onun dünyagörüşünü paylaşanların da səhvlərini deməkdən çəkinmirdi. Üstadın iki şerini versək tam yerinə düşər:

                                           Düşmənimə

                Ey düşmənim, sən mənim iradəm və hızımsan

                Gündüz gecəyə möhtac, mənə də sən lazımsan (3, 85).   

                                              Camaat

                Sözdə islam… bir fərdi bir fərdinə qaynamaz,

                Bu halla utanmadan camedə səf-səf namaz… (3, 86).   

Üstadın dini dünyagörüşü, islama dərin imanı hamıya bəllidir, lakin islam dünyasında dağınığlığı, bölünmüşlük və düşdüyü çətin vəziyyətdə bir- birini suçlaması onu dərindən düşündürür və öz səhfində olan insanların bu halını tənqid edir. Halbuki eyni əqidə paylaşan insanlar, cəmiyyətlər, ölkələr və s. bir-birilərini suçlamaqdansa bir-birilərinə qaynaşaraq, ortaq məxrəcə gələrək, eyni hədəfə vurmalıdırlar. Təbii ki, bunu dərk etmək üçün düşmənlərin hiylələrindən, zorundan qurtulmaq lazımdır. Şair “Came” şerində deyir:

                Camelər sərbəst, amma bütün yolları yasaq,

                Onlar meydana hakim, bizsə camedə dustaq. (3, 86).   

 Islam ölkələri işğalla, borclarla, boğuşmaqdadırlar, camedə isə dustaqdırlar. Dünyada ki demokratiyaya görə müsəlmanların bir araya gəlməsində guya problem yoxdur, ancaq bu istiqamətdə atılan hər bir addım Türk- İslam dünyasının qabağını almaqdadır:

                                           Getdi

                   Getdi su yollarını qıvrım- qıvrım bilənlər

                   Bir ot yığımı qaldı- kökündən kəsilənlər.

                                       Saxta qəhrəman

                   Bizə qalan əziz borc əsirlik zamanlardan,

                   Tarixi təmizləmək saxta qəhrəmanlardan! (3, 86).   

Burada üstadın maarifçilik məsələsinə verdiyi önəmi müşahidə edirik. O, tariximizdə Türk dünyası üçün canından keçən qəhrəmanların yenidən İslamı tədqiq edərək, tarixi düzgün olaraq dərk etməyə çağırır. Nə yazıq ki, türk- islam düşmanları bizə qəhrəman olaraq təlqin edilmiş, tarixi düşmənlərimizin yazdığı kitablardan öyrənmişik. Ustadın gənclərə nəsihəti belədir.

                                          Əmanət olsun

                   Keçmişlərdən xəbərsiz nizama lənət olsun.

              Ey gənc adam, bu düstur sənə əmanət olsun. (3, 86).   

Mövlana, Yunus İmrə, Memar Sinan və daha neçə-neçə dahilərimiz bu fani dünyada öz izini qoyub gedib. Arada yaranmış bir neçə əsrlik boşluğa baxmayaraq, bu millət böyük imperatorluğun külləri üzərində qurduğu dövlətini yenidən çiçəkləndirdi. Bu inkişafda, oyanışda ədəbi mühitin də öz rolu olmuşdur. Ölkəsinin çətin dönəmlərində xalqını ayağa qaldıran, şəhidliyin necə bir ulu zirvə olduğunu millətinə anladan M. A. Ersoydu. bu təfəkkürün davamçısı, bu oyanışı ayaqda tutan digər şair isə N. F. Qısakürəkdir. M. Aslan və Z. Yaqub hər iki şairin əsərlərinə öz yaradıcılıqlarında geniş yer veriblər. Z. Yaqubun N.F. Qısakürəyin ruhuna həsr etdiyi “ Cüt sətirlər” şerləri müasir Türk tarixinin insanının keçdiyi keşməkeşli yollarını izah edir. Daha əvvəl M. Aslan yaradıcılığının təhlilində qeyd etdiyimiz kimi düşmənimiz içimizə girib, ən yüksək vəzifələri tutaraq, bizi daxildən oymuşlar. Bu kirli əməlləri həyata keçirdiklərində bunu türk millətinin xeyri üçün edirik deyərək bizim sonumuzu hazırlamışlar. 70 illik Sovet rejimi Azərbaycan türkünün qurtarıcısı Stepan Şaumyan və digər erməni işbirlikçilərinin olduğuna bizi inandırmışlar. Eyni paralelliyi türk tarixində də müşahidə edirik. M. Aslanın qeyd etdiyi kimi, öztürkçələşmə adı altında uydurma türk dilini türk xalqına sırımışlar. “Qılınc və balınc” şerində Z. Yaqub deyir.

                                        Başımızın altına qoyulan balınca bax,

                                     Başımızın üstündə yellənən qılınca bax!

Şair bu millətə qurulan tələlərin ünvanını da göstərir.

                                        Başçıda baş olanda bəxtimizə gün düşər,

                                        Başçı başsız olanda bəxtimiz düyün düşər!

Şair “sual” şeri ilə davam edir:

                                        Göy üzünü bürüyür yer üzünün ahları

                                        İnsan necə götürür bu qədər günahları! (6, 29)

    Z. Yaqub N.F. Qısakürəyin bu dünyada tək dərdi olduğunu bizə bildirir. Bu dərd, bu çilə insanlığı xoşbəxt görmək arzusudur. Şair özünü düşünmür, əgər düşünsəydi 79 yaşlı qəhrəman igid həbsxanadan çəkinib, doğruları millətimizə hayqırmazdı.

Hər iki şairimizin son dövr yaradıcılığına nəzər yetirsək, prof. Fuad Köprülünün ifadəsi ilə desək M. Aslan daha çox “qələm şairi” olmağa üstünlük verir. Son dövrdə cəmiyyətdə baş verən mənəvi deqredasiyadan uzaq qalmaq üçün şair sanki özünün səssiz mübarizəsini ifadə edir və yaradıcılığını daha çox dini motivlər üzərində quraraq Allaha (c.c.) yönəlir. Onun Məhəmməd peyğəmbərə (s.ə.s.) həsr etdiyi “Nəti-Şərif”i Türkiyədə mükafata layiq görülmüşdür. Z. Yaqub isə “Peyğəmbər” adlı poemanı ərsəyə gətirmişdir.

Z. Yaqub və M. Aslan yaradıcılığının həm də müstəsna rolu ondan ibarətdir ki, istər klassik türk ədəbi, istərsə də müasir ədəbiyyatdan Azərbaycan oxuyucusuna yeni dahilər tanıtdı. Klassik dedikdə hər iki şairin ümumi yaradıcılığına ən böyük təsiri olan Mövlana və Yunis İmrədir. “ Mövlana türbəsində” şeri Z. Yaqubun sufi ədəbiyyatından, təfəkküründən, elmindən xəbərdar olduğunun bir sübutudur və “Qocatəpə camesində” silkələnişdən sonra bir illik müddətdə mövzu dərinliyi baxımından şair böyük məsafə qət etmişdir. Sufi məktəblərində bu elmə yiyələnmək üçün illərini sərf edən gələcəyin dərvişlərinə nəzərən, Z.Yaqub ilahi yardımla ilk addımlarını bu bir illik dövrdə atmışdır. Şair elm uğrunda, insanlığa xidmət üçün Allah yolunda dərvişlərin keçdiyi o böyük coğrafiyanı təsvir edir və zamanın şərtlərinə baxmayaraq bu çətinliklərə dözür. Məlumdur ki, Xorasan, Bağdad, Şam, Anadolu coğrafiyalarını keçən Mövlana Konyada yaşamağa qərar vermişdir:

                                  Candakı ruha baxdım, ruhdakı canı gördüm,

                                  Bir zərrənin işində bütöv cahanı gördüm

deyən Z. Yaqub Mövlananın incə təfəkkürünün çox doğru izahını veribdir. Mövlananın hikmətli sözlərindən ilhamlanaraq bu misraları söyləyən şair, daha 700 il əvvəl din ilə dəqiq elmlərin vəhdətini çox aydın izah etməşdir. Bu gün adına molekul dediyimiz, atom dediyimiz, nanotexnologiya dediyimiz elmi Allah yaratdığı möcüzələrlə dolu olan dünyanı tədqiq etməyə çalışırıq. Hər ixtirada, hər yenilikdə Allahın sərhədsiz elmini bir daha heyranlıqla qarşılayaraq Ona səcdə edirirk. 700 il bundan əvvəl daha müasir elmin və texnologiyanın olmadığı vaxtlar necə də gözəl izah olunubdur. “bir zərrənin içində bütöv cahanı gördüm”.

Dünyada baş vermiş problemlər nə qədər çıxılmaz olsa da, bunların hamısının çox sadə həlli var. Bu heç bir idarəçiliklə, güclə həll olunacaq bir iş deyil. Bunun həlli yolu Mövlana yoludur, sufizm yoludur, çox maraqlıdır ki, bu yol öz köklərini Orta Asiyadan və Azərbaycandan götürür və məhz Azərbaycandan dünyaya yayılır. Elə Mövlananın ilham aldığı, özünə müəllim qəbul etdiyi şəxs də azərbaycanlı Şəms Təbrizi olmuşdur. Bəs Mövlana  dünyası nədən ibarətdir? Bunu hələ M.Aslanın öz sözləri ilə və dolayısıyla Mövlananın öz sözlərilə izah edək. Mövlana  dünya üçün yosun tutmayan büllur su idi. Bu su yüz illiklər boyu axmış, hələ də axmağında, hələ də axışına, gürultusuna, gedişinə pərəstişkarlar toplamağındadır.” Mən görən və görməyənəm yuxudakı göz kimi, zahiri və gizliyəm, varam və yoxam- gül suyundakı qoxu kimi,dayanmışam və eyni zamanda yol gedirəm – üzəngidəki ayaq kimi, söyləyən və susanam – kitabdakı yazı kimi,” mən bir dənizəm – öz varlığı içində daşan, sahilsız bir dəniz”. Mövlana poetik ölçülərə sığışmayan, ölçü, ülgü çərçivələrini vurub dağıdan bir söz pəhlivanıdır:

“Nə mən mənəm, nə sən sənsən, sən mənəm,

  Həm mən mənəm, həm sən sənsən, həm sən mənəm”.

Kainatı yaşadan ulu eşqin məhəbbət düsturudur bu. Dünyada nə varsa, eşqdə birləşir. Sevgidə vəhdət tapır. Bu eşq eləcə bir qadına olan kişi məhəbbəti deyil. Bu bizi yaradan, bizi yaşadan dünyaya (Allaha) olan eşqdir. “ Eşq nədir?”- deyə Mövlanadan soruşmuşlar. “Mən olda bil”- cavabını vermışdır. Nə qədər cavablanmaz, başa gəlməz bir çağırış. Təzədən hansı insan və necə Mövlana ola bilər ki, onun qəlbi ilə də sevə bilsin?… (6, 29).

Hər iki şairimizin yaradıcılığında yaxın məsələlərdən biri isə seçilmiş məkanların və müraciət olunan mövzuların yaxınlığıdır. Zəlimxan Yaqubun “Türkiyə dəftəri” hissəsindəki digər şeri “Qarsın düzündə” adlanır. Azərbaycan-türk ədəbi əlaqələrinin başlanğıc nöqtəsi, güclü dövlət qurmağımızın, türk-islam mədəniyyətinin yayılmağa başladığı yerdir “Qars düzü”. “Qarsın düzündə” şeri bir millətin həsrətini, qovuşmaq arzusunu, gözəl gələcəyi yolunda xəyalları tərənnüm edir. Bu həsrət atəşi ailələrdən çıxaraq cəmiyyəti, xalqı bürümüşdür:

                                Qars ayaz,

                                Bura gündür, Qars ayaz

                                Qələm, qurbanın olum

                                Qismətimi Qarsa yaz.

    Nənəm belə deyərdi” (6, 24).

Şair 80 illik həsrəti nənəsinin dilindən yazır, çünki nənəsi türk millətinin birgə olduğu vaxtları, türk-islam mədəniyyətinin insanlığa verdiyi o gözəl cövhərləri görüb yaşamışdır. Bu gözəlliyə yenidən qovuşmaq, yenidən dadmaq nənənin ən böyük arzusu olmuşdur. Bu elə gözəllikdir ki, elə bir yanğıdır ki, onu anlatmaqla olmur, ancaq yaşamaq lazımdır. Elə bu hisslər, bu xəyallar şairi doğma torpaqlara, doğma insanlara çəkməktədir. Nənənin arzularının çin olması üçün Allaha (c.c.) yalvardığı müqəddəs torpağa ayaq basmaq şairə qismət olmuşdur:

                                      Qars ayazdı,

                                      Bura gün, Qars ayazdı

                                      Qələmə qurban olum,

                                      Qisməti Qarsa yazdı.

                                       Mən belə deyirəm. (6, 24).

Qismətinin Qarsa yazılmasına şair Allaha (c.c.) böyük şükr hissləri içərisindədir. Hələ Sovet İttifaqı dağılmazdan əvvəl, yəni XX əsrin 90-cı illərin əvvəllərində şair bu hisslərini dilə gətirmişdir. Onun Qarsa qovuşmasının altında yatan məcazi mənanın dərinliyi şairin nənəsinin dilindən verdiyi misraların ruhundadır. “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının altında yatan mənadır bu və nəvələrin qismətinə yazılan bu qədər babalarımızın geniş təcrübəsini, Allaha (c.c.) yaxınlığını göstərmişdir. Bayrağında dalğalanması, millətində qovuşması, baba və nənələrimizin də müjdələdiyi kimi, bir daha ayrılmamaq üzərə baş vermişdir. Alnımıza yazılan bu gözəl bəxtin meyvəsi də gözəldir:

                                  Məni bu yerlərə bəxtim gətirdi,

                                  Yazdılar yazımı Qarsın düzündə.

                                  Yığıldı başıma yadlar, doğmalar,

                                  Çəkdilər nazımı Qarsın düzündə. (6, 24).             

Bu yol hər zaman çox ulu yol olmuşdur, müqəddəs bir yol olmuşdur. Birlikdə hərəkət etmə məqsədi insanlar, cəmiyyətlər, ölkələr arasında tez-tez baş verən məsələdir, lakin bunların əksəriyyəti çıxarlar üzərində qurulan birliklərdir və ya güc nümayiş etdirmə ittifaqlarıdır. Allah (c.c.) yalnız bu millətin taleyinə müqəddəs missiyanı həvalə etmiş və bu yolda, bu millətə təbiət də, mələklər də yoldaş olmuşdur:

                             Qayalar dinlədi, daşlar dinlədi,

                             Gözlərdən yaşlar dindi.

                             Lal oldu, dayandı, quşlar dinlədi,

                             Şirin avazımı Qarsın düzündə (6, 24).

Allah (c.c.) hər insana belə bir ülvi məsuliyyəti verməmiş, hər insanın qismətinə gözəl baxt yazmamışdır. Allah (c.c.) bunun qarşılığında yalnız O`na şükür etməsini istəmişdir. Belə comərd Sahibimizə, Yaradanımıza bunu əsirgəmək çox yalnış olardı. Şair bu yolu tutaraq 80 illik zəncirləri qıraraq O`na yönəlir:

                                  Ömrümə yar bildim taleyi, baxtı,

                                  Sinəmdən dumduru çeşmələr axdı.

                                  Aşıq Qərib kimi günorta vaxtı

                                  Qıldım namazımı Qarsın düzündə (6, 25).

Məmməd Aslan isə bu torpaqlara olan eşqini poetik dildə belə ifadə etmişdir:

 “Ərzurumun gədiyinə varanda

Onda gördüm buram- buram qar gəlir.

Lələ dedi – Gəl bu yoldan qayıdaq,

Dedim:- lələ, qeyrətimə ar gəlir (3, 5).                

Bu çətin dövrdə Məmməd Aslanın dediyi kimi “uşaqlıq dünyasının nağıllarında keçən Qars, Ərzurum yenidən yeni nəsillərə çatdırmaqda bəlkədə güclü düşmənlərə qarşı qoyulan ən son müqavimətlərdən biridir. Şair əsərin ön sözündə dörd misralıq şerlə başlayır. Əslində şerlərə yerinə və zamanına görə fərqli təhlillər vermək mümkündür. Bu dörd misralıq şer nəinki Yanıq Kərəmin Əsliyə olan eşqi əks edib, eyni zamanda da Anadolu və Azərbaycan türkünün tarixi bağlılığı özündə əks etdirib. Bu bağlılığı, bu eşqi Məmməd Aslan folklorumuzda bizə xatırladır. Çox maraqlıdır ki, şeri günümüzün kontekstində təhlil etdiyimizdə “buram buram qarın” yerinə Azərbaycan və Türkiyə arasında “dəmir divar” yerini almışdır. Bu “dəmir divar” elə qorxuducudur ki, insanın “ bu yoldan qayıtmasına” səbəb ola bilərdi. Ancaq Yanıq Kərəmin Əslisinə olan sevgisi kimi Məmməd Aslanın bu yoldan qayıtmaq “qeyrətinə ar gəlibdir”.

     Z. Yaqub muradını Qarsın düzündə tapmış və bunu əminliklə bildirmişdir. Hələ işin başında olmağımıza baxmayaraq, şair nəticədən əmindir və gələcəyin türk-islam mədəniyyətinin dirçələcəyinə heç şübhə yeri qoymamış, buna sanki iman gətirmişdir.

Hər iki şairimizin əsərlərində tarixi mövzunu təhlil etmək üçün Türkiyənin iki gözəl şəhərinin təsvirinə nəzər salaq. Bu yerlər İstanbul və Qarsdır. Qars vilayəti türk millətinin birləşdiyi, gücləndiyi, genişləndiyi, adət ənənələrinin formalaşma prosesinin millət olaraq meydana çıxdığı yerdir. İstanbul isə bu birləşmənin, bu prosesin tamamlandığı, bu dəyərlərin dünyaya təqdim edildiyi, dünya mədəniyyətinə, sivilizasiyasına rəng qatan, dünya sivilizasiyalarının, tarixin harmoniyalaşdığı yer olaraq təqdim edilir. İstanbulu tarixi, memari yöndən təsvir edən, insanlarını anlatan, adət ənənələrini verən 3 şerinin üstündə duraq. Bu şerlər, “ Gözəllər gözəli”, “Çamlıca” və  “İstanbul qızı”şerləridir.”Gözəllər gözəli” şeri ilə İstanbulun gözəlliyinə mədh edir şair. Bu yaradılmış tarixin, adət ənənələrin gözəlliyi o qədər böyükdür, genişdir ki, bunları təhlil etməyə iki göz, bir ömür bəs eləməz. Bunun  üçün vaxt, səbr və geniş ürək lazımdır. Osmanlının tarixindın qalan və özünün ərsəyə gətirdiyi möhtəşəm, zəngin saraylar qədər zəngin qəlbə ehtiyac var. Bu möhtəşəm, zəngin sarayların günümüzə qədər gəlib çatmasının arxasında böyük tolerantlıq, bu sarayları inşa edənlərin böyük dühası, bir başqa sözlə onun arxasında duran və islamın təşviq etdiyi böyük təhsil var. Bu düha, təhsil, tolerantlıq dünyanın inkişaf etməsi üçün, çağ atlaması üçün təkan vermiş, “ İstanbul bu dünyanın gözlərinin nuruymuş” misrası ilə bu fikirləri bir daha təsdiq edir:

                              İstanbul bir qaladı,

                              Bir daşını salmağa

                              Qasırqanın, tufanın, selin qüdrəti çatmaz!

                              Tarixlərin şöhrəti, qədim, möhtəşəm, ulu,

                              İndi özünüz deyin,

                              Bircə dəfə baxmaqla

                                Necə deyim gəzmişəm, görüşəm İstanbulu (6, 28).

Buna bənzər ifadələrə M.Aslanın əsərində də rast gəlirik. M. Aslan da İstanbulu təsvir etdiyində qısa vaxtın yetməyəcəyini, Bizans, Osmanlı kimi imperiyaların paytaxtı olan şəhərin gözəlliyini, tarixini, möhtəşəmliyini, ululuğunu görmək, qavramaq, təhlil etmək ciddi tədqiqatçıların, akademiyaların, tədqiqat institutlarının, tarixçilərin işidir və bunu vermişdir.

Elə Zəlimxan Yaqub da “ Tarixlərin şöhrəti, qədim misallarla, möhtəşəm, ulu” dediyində də və İstanbulun ən yüksək təpəsi olan Çamlıcadan baxdığında qarşılaşdığı mənzərəni ifadə etdikdə də “ Qoy tarixin ən işıqlı vaxtı görünsün” dediyində eyni məsələni izah edirdi. Osmanlı tarixi türk millətinin dünyanı aydınlatdırdığı, nurlandırdığı dövr olub. Tam əminliklə deyə bilərik ki, orta əsrlərdə İslam dünyasında bünövrəsi qoyulmuş elmlər qərb dünyasında inkişaf etdirilmişdir. Elmin bu inkişafında Türk elm adamlarının da rolu böyük olmuşdur. “ İstanbulu duymağa, qəlbin zəngin olmalı zəngin saraylar qədər!” və “ ürəyində, günəş boyda yansın çilçıraq, yaddaşında sarayların naxışı qalsın” misralarındakı ifadələr yenə də təsdiq edir ki, bu zəngin, naxışlı sarayları ancaq günəş boyda çilçıraqlı, zəngin qəlbli insanlar həyata keçirə bilər. Bu tarixi həqiqət elmli, mənəviyyatlı, idealist cəmiyyətin, millətin ortaya çıxardığı əsərdir. “Dövlət mənə nə etdi” düşüncəsindən daha çox “ mən dövlətimə, insanlığa nə edə bilərəm” düşüncəsi hakim olan cəmiyyətdə bu idealı həyata keçirmək olar. Elə Məhəmməd peyğəmbər hədislərindən birində buna işarə edib. İslam dünyasının 5 önəmli mərkəzindən biri olan İstanbulun fəthini Məhəmməd peyğəmbər “ Konstantinopol mütləq bir gün fəth olunacaqdır; onu fəth edən əsgər nə gözəl əsgərdir, onu fəth edən komandir nə gözəl komandirdir”-deyib. (8). Peyğəmbərin bu ülvi arzusunu yerinə yetirən və müqəddəs işin davamçısı olan türk milləti Fatih Sultan Məhmət kimi bir ər oğlunu dünyaya bəxş etdi. İslamın Avropaya yayılması üçün İstanbul qucaq açdı:

                                    Fatihlərə, sultanlara açılan qucaq,

                                    Bir gecəlik qoy səni də bağrına bassın!

Bu müqəddəs iş nə qədər çətin olsa da, Allahdan gəldiyi üçün və bizim təbiətimizə, qədərimizə Allah adamı olduğumuz yazıldığı üçün, bir millət olaraq bütün çətinliklərə baxmayaraq bu vəzifəni yerinə yetirməliyik. Biz istəsək də başqa cürə olammarıq. Düşmənimiz bizim balalarımıza işgəncə versə də, biz eyni hərəkəti edəmmərik, əlimiz gəlməz. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində bizim də payımız, durumumuz olması üçün şair bizə səslənir:

                                     Az da olsa, ucalığa qonaq ol, qonaq,

                                     Bu bir tanrı fürsətidir, əldən buraxma!

Şair belə igidlərin, ərənlərin, başı papaqlı kişilərin tariximizdə çox olduğunu və dolayısıyla belə insanların indidə var olduğuna inanmaqdadır. Z. Yaqub öz milli dəyərlərimizi, Türk – İslam mədəniyyətimizi xatırlatmaqla bizi o qələbəyə hazırlayır. Azərbaycan və Anadolu türkü hər zaman bu davaya sahib çıxacaq və dünyaya nur saçacaq:

                                      İstanbula baxırsansa, Çamlıcadan bax,

                                      Heyran qalıb hır baxışa uyarsan onda!

                                         Nə deməkdi kişilərin qoyduğu papaq,

                                         Türkün gücü nə deməkdir, duyarsan onda!!! (6, 35).

Türk-İslam mədəniyyətinin mənəvi zənginliyi ilə yanaşı, bu dünyada iz qoyduğu bir çox maddi sənət əsərləri də var. Z.Yaqub bu xüsusu da nəzərdən qaçırmayıb və Türk-İslam mədəniyyətinin dünyaya bəxş etdiyi bu sənət əsərlərinin  bir çox müəllifləri var, lakin bunlardan birinin adını qeyd etmək lazımdır. Söhbət öz əsrini qabaqlayan, böyük elm adamı Memar Sinandan gedir. Istanbulun gözəl saraylarında mütləq onun bir izi var və bu istedad dünyanı heyrətə gətirib. Memar Sinan yaradıcılılğının ərsəyə gəlməsində təbii ki, Osmanlı padşahlarının elmə verdiyi qiyməti də unutmamaq lazımdır. Türk- İslam mədəniyyətinin tərbiyəsini almış Osmanlı cəmiyyətini bir başqa cür də düşünmək mümkün deyil. Z. Yaqub Memar Sinana olan heyranlığını ona həsr etdiyi şerdə dilə gətirir:

                                 Bu qüdrət necə sığıb bir ömrün sərhəddinə,

                                 Bir cahanın içində min-bir cahan yaratdı!

                                 Harda heyrətə gəldim, harda ki, heyran oldum.

                                 Soruşanda dedilər, Memar Sinan yaratdı!!! (6, 39).

   M. Aslan yaradıcılığında da İstanbul məkan olaraq Anadolu türkünün keçdiyi tarixin izləri, xülasəsi olaraq verilmişdir. Neçə yüz illər mədəniyyətlərin mərkəzi olmuş, hər millətdən, irqdən, dindən öz qucaqlarına almış İstanbulun sakinlərini belə bir halla qarşılaşması acınacaqlıdır. “Çinarlı Qübbəli, mavi bir liman” hissəsinin “Dəniz pərisi” bölməsində başlıca mövzu İstanbuldur. İstanbul nəinki Türkiyənin, Osmanlı tarixi və mədəniyyətinin aynasıdır, eyni zamanda dünya tarixinin xülasəsidir desək yalan söyləmiş olmarıq. İstanbul Roma mədəniyyətinə, Bizans dövlətinə, Qədim Yunan mədəniyyətinə, İslam mədəniyyətinin bir hissəsi və bir çox zamanlarda paytaxtı olmuşdur. Ümumiyyətlə, İstanbul tarixi- memari abidələri ilə, fərqlənməkdədir. Əvvəla, İstanbul Mərmərə və Qaradəniz arasında, coğrafi mövqe olaraq Avropanı Asiya ilə birləşdirən qapıdır, ikinci belə bir qapı Xəzər və Qaradəniz arasında yerləşən Azərbaycandır. Bu mənada həm Avropa, həm də Şərq mədəniyyətini özündə əks etdirir.  Tarixin bütün keşməkeşlərinə baxmayaraq, İstanbulda yuxarıda adı çəkilən bütün mədəniyyətlərdən qalan bir çox nümunə qalmışdır. Türk-İslam mədəniyyətindən qalan ən önəmli nümunələr isə çoxunun müəllifliyini edən Memar Sinan olan qübbəli cameləridir. Bu əzəmətli camelərdən İstanbulda Süleymaniyyə, Ədirnədəki Səlimiyyə cameləri Memar Sinanın əsərləridir. Bu əsərlərin gözəlliyi Türk- İslam mədəniyyətinin elmə verdiyi önəmdən xəbər verir. Elmin yanısıra insanların mədəni, ictimai, mənəvi yönlərində göstərilən diqqətin təzahürüdür. Sultan Əhməd camesinin gözəlliyi şairə ilham verir:

                                Memar dağdan daş qırıb,

                              Daş yonub, daş- qaş qurub,

                              Ilahi fəvvarədir

                              Yerdən göyə fışqırıb

                              Sultan Əhməd camesi! (3, 122).

   Bir başqa nümunə Süleymaniyə camesidir. Memar Sinanın ərsəyə gətirdiyi bu camenin içi qədər çölü də möhtəşəmdir. Bu camenin baxçasında “ Türk və İslam əsərləri Muzeyi” yerləşmışdir. Türk- İslam mədəniyyətinin dünyaya bəxş etdiyi nümunələri alman imperatoru II. Vilhelm “ cənnət “ adlandırmışdır (3,116).

Türk poeziyasının böyük söz ustadı Yəhya Kamal İstanbul sevgisini öz misralarında belə ifadə edir:

                              Sana dün bir təpədən baxdım, əziz İstanbul!

                              Görmədim gəzmədiyim, sevmədiyim heç bir yer.

                              Ömrüm olduqca könül taxtıma keyfincə qurul,

                              Sadə bir səmtini sevmək belə bir ömrə dəyər! (3, 114).

Tarixən insanların İstanbulun gözəlliyinə bəxş etdikləri bir yana, təbiət də İstanbula öz töhfəsini yüksək səviyyədə vermişdir. Söhbət İstanbulun 9 böyük adası, Böyükada, Xınalıada, Burğazada, Qaşıqada, Heyvəliada, Sədəfadası, Dovşanadası, Sivriada, Yassıadadan gedir. Şair bu 9 adanı Mərmərənin 9 gözəl qızı adlandırır (3, 134). Təbiətin İstanbula bəxş etdiyi bu gözəllik turizm üçün çox əlverişlidir. Dünyanın 4 bir yanından insanlar buraya axın edir, hətta bunun yanında ən zənginlərin bəziləri burada basdırılmağı vəsiyyət edirlər. Lakin bu anlayışla razılaşmır və insan doğulduğu yeri seçəmmədiyi kimi, ölüm yerini də seçməsinə düzgün baxmır. Belə insanların vətənpərvərlik hisslərinə şübhəylə yanaşır. Məmməd Aslan daha 26 il bundan əvvəl Kəlbəcərə olan məhəbbətini belə açıqlayır,” qanımız- sümüyümüz o torpağa çəkir, ruh o ilkinlik çeşməsindən su içir” (3, 135).

Təəsüf ki bir millət olaraq hər zaman ancaq itirdikdən sonra əlimizdə olan nemətlərin qədrini bilirik. Lakin şair Məmməd Aslan hələ doğma Kəlbəcərimiz, Qarabağımız düşmanımız tərəfindən işğal olunmadan, ruhunun dərinliyindəki bu hissləri Yəhya Kamal, N.F. Qısakürək, Faruq Nafiz Çamlıbeli kimi ifadə edir.” Son nöqtə” məsələsini bacısı Xublara yazdığı şerdə M. Aslan belə ifadə edib:

                       Gen düşdüm, ətrindən doya bilmədim,

                     Dağlar həsrətimi duyacaqdımı?!

                     Mən ona canımı qıya bilmədim,

                     Torpağını mənə qıyacaqdımı?!

                             Qıysa, bir çəməndən qaldırıb bir çim,

                      Kökünə toxumtək əkərsən məni.

                      Hər çiçək yerimə danışar, bacım,

                      Soruşsan o yerdən əgər sən məni. (3, 135).

   Təəssüf ki, bu gözəl guşələrimizi, vətənimizin ayrılmaz hissəsini şairimiz qədər hiss edəmmədik. Yağı düşmənlərimizin işğal etməsinin qabağını alammadıq, çünki tariximizi tez unutduq və lazımi tədbirləri illərlə almadıq. Düşmənlərimizi “ 26 Bakı komissarı” adlandıraraq “qurtarıcı” elan etdik və nəticəsi də çox ağrılı oldu. Güclü imperiyanın caynağında neçə vətən övladımız repressiyalarda, müharibə meydanlarında şəhid oldu. Qədərin çox acı üzüdür ki, qardaş Anadolu türkü də eyni taleyi paylaşmışdır. Gerçək vətən övladları zindanlarda işgəncə görmüş, həyatlarını orada zülm içində keçirmək məcburiyyətində qalmışlar. Düşmən Anadoluda bu qədər güclü yerlərə gələrək Anadolu türkünün inkişafının qabağını almışdır. Bu vətən övladlarından bir Faruq Nafiz Çamlıbeli idi. 1946-1960-cı illər arasında xalqın seçdiyi millət vəkili olan şair, “sapı özümüzdən olan baltalar” tərəfindən “masabaşında” xalqın iradəsinə qarşı gələrək, bu cənnət məkan Yassıadada zindana salmışdır.  Yaşlı şair çəkdiyi izdirabları “Zindan divarları” adlı şerində, əslində xalqın çəkdiyi, bütün türk dünyasının çəkdiyi izdirabları ifadə edirdi:                                        

   Ya gəzən bir ölü, yaxud gömülən bir diriyəm,

   Mumyadır canlı da, cansız da bu qəbiristanda.

   Gömdülər ruhumu yüz min sənə məhkum kimi,

  Cismim ayrılsa da, ruhum qalacaq zindanda.

                                              Ruhun ölümü.

Yaxud:                                       

    Bilməyir gülməyi sakinlərinin mində biri,

    Bir vətən birikmiş bir ovucluq qarada.

    Quşu hicran gətirir, dalğası hüsran götürür.

    Mavi bir gözdə ələm qarasıdır Yassıada!

                                            Yassıada.     

     Və yaxud:                               

    Fazla bir şey deməyir qan da, mürəkkəb də mənə,

    Bağlaram ruhuma cəsəddən qoparıb bağlarımı.

    Yanaram, ey qələm, uğrunda ömür verdiyimə,

     Geri ver, ey qılınc, artıq mənə misralarımı!

                                      Qılınc və Qələm.

   Bu “qılınclar” və ya “baltalar” Anadolu türkünün tarixinə, mədəniyyətinə daha ölümcül zərbələr vurmuşlar. Hər zərbə ümumtürk tarixini, mədəniyyətini, dilini, dəyərlərini əks etdirən böyük və ulu bir rəsmin bəzi hissələrini ya qoparmış, ya da zədələyərək onun gözəlliyinə xələl gətirmişlər. Təbii ki tariximizdə bəzi səhvlərin olması təbii və anlaşılandır, lakin bizə təlqin edilən tarixdən çox uzaq tarixdir əsl tariximiz. Qərbin öz ölkə çıxarlarına görə qələmə aldığı tarix “başa düşüləndir”, ancaq öz daxilimizdə olan “qılıncların”, “baltaların” millətimizə vurduğu ziyan isə anlaşılmazdır. Atalarımız hər hərəkətlərini yanlışlarını və doğrularını bütün təfsilatı ilə fərq qoymadan yazmış və bu tarixi sənədlər Osmanlı arxivlərində qorunmaqdadır. Osmanlı dövlətinin belə davranışı, onu idarə edənlərin nə qədər səmimi, tarixlə üzləşməkdən çəkinmədiyini, insanlıq naminə hərəkət etdiyini göstərməkdədir. Tarixi sənədlərin bu qədər açıq və təfərrüatlı olmasına baxmayaraq Osmanlı arxivləri bilərəkdən təhrif edilməyə çalışılmışdır. M. Aslan haqlı olaraq bu məsələyə diqqət çəkir və sözdə “erməni soyqırımı” məsələsi alverə çevrilməzdən əvvəl bizi oyatmağa çalışmışdır:

    “Hər birisində tarixin bir nöqtəsi, bir ölkənin taleyi, nə qədər insan həyatının əksi olan bu tarixi sənədlərə əsrin əvvəllərində çox ucuz münasibət bəslənilmişdir. 1931-ci ildə milyonlarla Osmanlı vəsiqəsi arxiv sənədlərindən götürülərək makulatura kimi yük maşınlarına doldurularaq xarici dövlətlərə satılmışdır” (3, 123).

      Xüsusilə Bolqarıstana və digər Avropa dövlətlərinə satılan bu arxiv sənədlərini əldən çıxardıqdan sonra tarixi eybəcərləşdirmək və saxtalaşdırmaq daha asan hala gəlmişdir. Yaranmış belə bir vəziyyətdə hər hansı bir dövləti barbar da elan etmək mümkün olur, insanlıq suçu işləmiş də. Yuxarıda qeyd edilən məsələləri izah etdikdən və açıq formada bütün həqiqətləri ortaya qoyduqdan sonra Sovet rejiminin reallıqlarını nəzərə alaraq Osmanlı dövləti haqqında iddia olunan “imperialist” dövlət iddialarını şair M. Aslan da dilə gətirməkdədir:

      “Burdan qalxan ordular amansız pəncələrində əllərinə keçən şəhəri yerlə-yeksan eləyib. Osmanlı imperiyası adı gələndə qitələr lərzəyə düşüb” (3, 124).

Sanki M. Aslan burada tarixi faktlardan söhbət açmır, uşaqlara anladılan nağıldan bəhs edir. M. Aslan bu iddiaları ciddi olmayaraq vermişdir, elə oxucu tərəfindən bu iddiaların reallığı nəzərə alaraq yazıldığı çox güman ki anlaşılandır. M. Aslan tarixi həqiqətlərdən söz açaraq başlaması oxucunu bu məsələyə əvvəlcədən hazırlamışdır.  Həm də yəhudiləri Avropalıların soyqırımından qurtaran, fəth etdikləri torpaqlarda yaşayan insanların həm dinlərini, dillərini, mədəniyyətlərini qoruyub saxlaması Osmanlı dövlətinin belə davranışlardan uzaq olduğunu bir daha təsdiqləməkdədir.

 Z. Yaqub isə cəmiyyətdə baş verən həmin proseslər səbəbi ilə “meydan şairi” xüsusiyyətindən istifadə edərək ictimai proseslərdə fəal iştirak etmək, haqq səsini daha geniş  kütləyə çatdırmaq əzmindədir. Onun Aşıqlar Birliyinin sədri olması, tez-tez dövrü mətbuatda çıxış etməsi bunun əyani sübutudur. Buna baxmayaraq, bu məsələni hər dövr üçün ümumiləşdirmək də düzgün olmazdı. Şair M. Aslanı da bir dönəm meydan şairi saymaq olardı, lakin təəssüflər olsun ki, vaxt, zaman öz işini görür. Bu səbəbdən belə bir yorğunluğun Z. Yaqubda da görüləcəyi mümkündür.   

    Müşahidələr təsdiq edir ki, bu iki şairimizin yaradıcılığının oxşar yönləri çoxdur, bunları əsasən 2 yönə ayırmaq olar. Birincisi, hər iki şairimizin aşıq-ozan sənətindən bəhrələnməsi, ikincisi isə yüksək mənəviyyat, vətənpərvərlik və İslam təfəkkürünə malik olmalarıdır. Əslində bu məsələlərin hamısı bir təbiətdən süzülüb haçalanır. Şair Z. Yaqub M. Aslanla dərd ortaqlığını şerində belə izah edir:

                             Qoşa dillənəydi qələm sazımla,

                             Baş-başa verəydi aləm sazımla.

                             Fərhad külüngümlə, Kərəm sazımla

                             Dağları dələydim, ay Məmməd Aslan.

                            Bu dərdi düşünən baş qalmayacaq,

                            Quruyan gözlərdə yaş qalmayacaq.

                            Nə bilim daş üstə daş qalmayacaq,

                            Mən hardan biləydim, ay Məmməd Aslan. (7, 85-86).                                                     

Ədəbiyyat:

  1. Yaqub Z., “Bir əli torpaqda, bir əli haqda”. Bakı, 1997, 487 s.
  2. Yaqub Z., “Şair Harayı”, Gənclik, Bakı-1995, 220 s.
  3. Aslan M., “Ərzurumun Gədiyinə Varanda”, İşıq, Bakı-1985, s. 250.  
  4. M. Aslanla səs qeydli müsahibədən
  5. http://www.artyazar.azeriblog.com/2008/04/20/oghuz-eli-yazar-memmed-aslan-chetin-adam
  6. Yagub Zelimhan, , Seni sevmək için geldim dünyaya / tərtib edən Ülkü İrfan, Kum Saati Yayıncılık, İstanbul-2003
  7. Yaqub Z., “Gözlərimin Nurudu Doğulduğum Bu Torpaq”, Pedaqogika, Bakı-2005, 208 s.
  8. Ateş S., “İstanbul’un fethiyle ilgili hadis gerçek mi?”, Vatan gazetesi, 21.05.2010

 http://haber.gazetevatan.com/haber.vatan?detay=istanbulun-fethiyle-ilgili-hadis-gercek-mi&Newsid=306717&Categoryid=4&wid=31

AZƏRBAYCANDA TƏHSİL İSLAHATLARI (ilkin variant)

Təkliflər hazırlanarkən müasir təhsil anlayışı və Azərbaycan reallıqları nəzərdə tutulmuşdur.

  1. Bolonya prosesinin müddəalarına əməl edərək Ali təhsil ocaqlarının iş prinsipini buna görə qurulması.
  2. Ali təhsil ocaqlarının bir istiqamətdə ixtisaslaşmasının qarşısını almaq üçün bəzi ali təhsil ocaqlarının birləşdirilməsi zərurəti var. Yeni yaranacaq universitetlər üçün şəhər kənarında tələbə şəhərciklərinin yaradılması vacibdir. Bu istiqamətdə atılmış addım adambaşına maliyyələşdirməni daha səmərəli edəcək eyni zamanda hüquq, tibb fakültələrinin digər ali təhsil ocaqlarında açılmasını təşviq etmək lazımdır.
  3. Dövlət ali təhsil qurumlarının rektorları ən az üç namizədin arasından ikisi seçilərək Təhsil Nazirliyi tərəfindən prezidentə təqdim olunur. Prezident həmin iki namizəddən birini seçərək ali təhsil ocağının rəhbəri təyin edir. Rektor seçkilərində tam ştat akademik heyəti və tələbə həmkarlarının sədrinin səs vermə hüququ var. Dekanlar müvafiq kafedraların akademik heyəti, kafedra müdirləri isə həmin kafedranın akademik heyəti tərəfindən seçilir. Rektor seçkiləri 4 tədris ili üçün seçilir, dekan 3 tədris ili, kafedra müdirləri 2 tədris ili üçün seçilir. Bolonya prosesinə uyğun olaraq tələbə müəllim seçimində azaddır. Bu seçkilər ali təhsil ocaqlarında rəqabəti artıracaq, şəffaflığı daha da yüksəldəcək.
  4. Doktorantura pilləsinə qəbul olunmuş doktorantların seçdiyi elmi işlərin mövzularının elektron bazasının yaradılması və cəmiyyətə açıq olması. Müdafiə olunmuş elmi işlərin bazası yaradılaraq referat və ya elmi işi tam formada elektron variantını cəmiyyətə açıq olunması.
  5. Ali təhsil qurumlarının və orta məktəblərin maddi texniki bazasının dərhal gücləndirilməsi. Alınacaq avadanlıqları şəffaf şəkildə tender keçirilərək həyata keçirilməsi. Xüsusi ilə dəqiq və təbiət elmləri sahəsində müasir laboratoriyaların alınması.
  6. Xüsusi ilə orta məktəblərdə kadr seçiminin şəffaf aparılması. Beynəlxalq imtahan sertifikatları olan ali pedaqoji təhsilli kadrların müsabiqədən kənar işə qəbul olunmalıdır. (Məsələn, TOEFL, İELTS imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlər ingilis dili müəllimliyinə müsabiqədən kənar qəbul olunmalıdır. Digər peşə sahələrində də beynəlxalq uğurlar nəzərə alınmalıdır. Kadr seçimi üçün daha mütərəqqi və şəffaf müsabiqə keçirilməlidir). Qeyd: Bolonya sistemi ali təhsil qurumlarında belə problemləri zamanla aradan qaldıracaq. Tələbələr lazımi keyfiyyətə malik olmayan müəllimləri seçməyəcək.
  7. Təhsil sahəsində itirilmiş son 20 ilin yaralarını qısa müddət də sarmaq üçün xüsusi layihələr həyata keçirilməlidir. Şəhər, rayon və kənd məktəblərində şagirdlərin xüsusi ilə şifahi nitqini inkişaf etdirilməsi üçün 2 illik ingilis dili tədrisi kursları və ya həmin məktəblərdə xüsusi məşğələlər təşkil olunmalıdır. Bu layihədə regionlar üzrə koordinatorlar seçilməli və respublikada fəaliyyət göstərən özəl liseylərdən istifadə olunmalıdır. Müasir metodologiyalar bələd olan həmin liseylərin müəllim heyəti digər orta məktəblərə istiqamət verməli və köməklik göstərməlidir. İngilis dilində rahat danışan şagirdlər dünyaya daha asan inteqrasiya olunacaqlar və bu ötən illərin yaralarını dünyaya açılaraq daha sürətli şəkildə sağalmasına imkan yaradacaqdır. Buna paralel olaraq kompüter kurslarının təşkil olunması, xüsusi ilə kənd məktəblərində.
  8. Məktəbəqədər təhsil də ciddi dəyişikliklər baş verməlidir.

a)      Mövcud uşaq bağçalarını sürətlə özəlləşdirilməsi və bu özəlləşdirmədə süni maneələrin aradan qaldırılması, açıq tenderlə həyata keçirilməsi.

b)      Yeni bağçaların açılması üçün Sahibkarlar Konfederasiyası tərəfindən aşağı faizli kreditlərin ayrılması.

c)      Bu sahədə müasir tələblərə cavab verən kadrların yetişdirilməsi.

d)      Özəlləşdirilən və ya yeni açılan bağçalarda maddi texniki baza yaradılması şərti qoyulmalıdır.

e)      İbtidai sinif müəllimlərinin çoxluğunu nəzərə alaraq əlavə təkmilləşdirmə kurslarından keçirərək bağça müəlliməsi kimi fəaliyyət göstərməsini təmin etmək.

Yuxarıda atılacaq addımlar işsizliyi azaldılmasın da köməklik göstərəcək.

9. Ümumən təhsil sahəsində vergilərin kəskin azaldılması. Müəllimlərin maaşlarının artırılması ilə yanaşı ən azından təhsil sahəsində gəlir vergisinin alınmaması və ya çox aşağı səviyyəyə düşürülməsi. Bu çox vacib amildir.

10. Orta məktəblərdə 6-cı sinifdən sonra psixoloqların və müəllimlərin rəyi ilə tələbənin istedadına görə istiqamətləndirilməsi.

11. Dərsliklərin yenilənməsi, müasir metodologiyalardan geniş istifadə olunması. Mövcud yeni dərsliklər təhsildə istifadə olunan müasir texnologiyaların və avadanlıqları nəzərə almadan hazırlanmışdır. Məsələn ingilis dili tədrisində dinləmə (listening) çalışmaları üçün orta məktəblərdə DVD pleyerlər, proyektorlar, yetərli kompüterlər olmadığından bunlar nəzərə alınmadan yazılmış, yeni dərsliklər köhnə dərsliklərdən çox az fərqlənməkdədir.

12.  Ölkədə yaşayan milli azlıqların ana dillərini, mədəniyyətini, ədəbiyyatını tanıtmaları üçün kurslar açılmasında dəstək.

13. Evdar qadınlar üçün uşaq psixologiyası, ailə büdcəsinin idarə olunması, əlavə bacarıqlar qazandıracaq kursların təşkili məsələlərin də xarici qrantların araşdırılması, cəlb olunması və təşkilində köməklik.

14. Şagirdlərin asudə vaxtlarını dəyərləndirə bilməsi istiqamətində yeni arayışlar. İstedadlı şagirdlərin aşkarlanması, musiqi, rəsm, idman məktəbləri ilə sıx əməkdaşlıq. İdman komplekslərin imkanlarından geniş istifadə olunması.  

Hazırladı: Səbuhi Bayramov

Проблемы «культуры критики» в азербайджанских реалиях – АНАЛИТИКА

Знаменитый английский критик Мэтью Арнольд в своем трактате под названием «Культура и анархия» заявлял, что противоядием анархии является культура, которая важна для любого общества.

В своем очерке «Функция критики в настоящее время» Мэтью Арнольд писал, что критика должна быть объективной и строго в пределах «интеллектуальной сферы».

Критика не должна быть пристрастной или преклонной, она должна быть приверженной исключительно объективности и истине.

Сложив вышеуказанные принципы, попытаемся дать оценку нынешнему состоянию свободы слова в Азербайджане сквозь призму доморощенной критики.

Если у индивидуума или в обществе отсутствует «культура», то любая критика даже конструктивная и объективная приводит к анархии.

У большинства критиков Азербайджана наблюдается отсутствие элементарной терпимости в выслушивании, эмпатии, анализе проблемы и т.д.

«Восточный темперамент», зачастую, не позволяет нам нормально критиковать, дискутировать и обсуждать проблемы.

В связи с отсутствием упомянутых качеств, Мэтью Арнольд связывает эту проблему отсутствием «культуры критики» в обществе и заключает, что в такой ситуации свобода слова неизбежно приводит к «анархии».

Нынешняя ситуация «свободы слова» практически во всех сферах в Азербайджане включая политику, СМИ, шоу-бизнес и т.д. явно доказывает проблему отсутствия «культуры критики», которая очень важна как условие или этап до нормального высказывания какого-либо мнения.

Вторая проблема заключается в том что, критика в Азербайджанском обществе зачастую необъективна и не нацелена на раскрытие «истины» или же преподнесение новшества обществу. К большому сожалению критика все чаще нацелена лишь на сохранение своих позиций, интересов, идеологий и т.д., а «истина» остается в тени, и порой складывается впечатление, что до нее и вовсе нет никакого дела. Все стороны «играя на слабостях» оппонентов пытаются «выиграть время» в угоду своим интересам, а особо важные проблемы остаются нерешенными.

Именно поэтому, упомянутый выше, Мэтью Арнольд указывает на важность проведения дискуссий строго в «интеллектуальной» сфере.

И тут вполне уместно отметить, что как во всех прочих обществах, в Азербайджанском обществе, явно ощущается большая потребность в умеренных, культурных и интеллектуальных людях во всех слоях общества.

Еще одной проблемой в этом контексте является «догматизм» в идеях критиков, в том числе среди интеллектуалов, который является «застоем» для любого развития.

Ввиду быстрого развития технологий, науки то, что мы называем знанием и правдой меняется в течение короткого промежутка времени, иногда даже являясь относительным для того или иного общества.

Нашим интеллектуалам очень трудно воспринять эту реальность из-за непонятной «гордости».

И в подобной ситуации интеграция нашего общества в остальной мир реализуется более слабыми темпами, чем хотелось бы.

Противоядием против подобной «гордости» может стать все та же «скромность».

Тут уместно отметить, что в быстром развитии науки в период становления ислама, позже ставшем основой Возрождения Европы, эта «скромность» сыграла очень важную роль. Как говорил Ибн-Араби «человек, не понимающий свою непросвещенность дважды непросвещеннее того, кто это принимает».

Третья проблема заключается в неправильном выборе приоритетов проблем со стороны критиков.

В журнале «Вопросы литературы» 2005 года, №4, К Эмерсон заявлял что, модные темы, за которыми неотступно следуют наши (американские) cultural studies (культрологи) – проблемы пола, расовый вопрос, язвы капитализма и грехи корпоративного империализма, воспринимаются американским массовым читателем (если они вообще ими воспринимаются) как тривиальные, ошибочные, антипатриотические и порнографические.

Аналогично, в Азербайджане передовые люди критикуют многие сферы, проблемы, но к большому сожалению число «умов» показывающих выходы из этих проблем или же настоящие причины данных проблем в нашем обществе пока что в «дефиците».

В современном мире критики, не представляющие решения на высказанные ими проблемы, воспринимаются как несерьезные или даже как демагоги, и не привлекают внимания.

Критики должны раскрывать конкретные проблемы, находить пути их решения, фокусируясь строго на «истине».

В ином случае –это лишь «ловля рыбы в мутной воде», что категорически не соответствует интересам общества.

В заключении хотелось бы отметить, что все вышеуказанные проблемы имеют один выход – восстановление моральных ценностей во всех сферах и слоях общества, демократичными методами, начиная с образовательных учреждений с молодого поколения.

В противном случае, любые меры в этом направлении потерпят неудачу.

Проблемы и трудности нужно четко и строго анализировать, сопоставлять результаты и добиваться желаемого – «идеального» общества.

Сабухи Байрамов

Курдская проблема Турции.

Bayramov

«Курдская проблема» Турции одна из тех проблем, которая малоизвестна для Азербайджанского общества. Азербайджанское общество получ Continue reading

Azərbaycan-türk ədəbi əlaqələri

                                  Azərbaycan-Türk ədəbi əlaqələrində

                          Zəlimxan Yaqubun və Məmməd Aslanın rolu.

İnsanoğlunun attığı hər addım bəzən çox məsum və insanlığın xeyrini güdmüş olsada, nəticə etibarı ilə gözlədiyini  əldə edəmmir. Tarixi şəxsiyyətlərin isə bu cür addımları bəzən milyonlarla insanların talehində böyük rol oynayır.

Vaxtı ilə K. Marksın irəli sürdüyü insanlardan fərasətinə görə alıb onlara ehtiyacına görə vermək prinsipi, belə bir cəmiyyətin başlanğıc mərhələsində uğursuzluqla nəticələnmişdi, çünki təbiət etibarı ilə insan nə fərasətinə görə vermək istəyir, nə də ehtiyacı olduğu qədər tələb edir, yəni hər zaman daha çox pay sahibi olmaq fıkrində olur. Bu da cəmiyyətdə böyük ədalətsizliklərə gətirib çıxarır ki, nəticələri isə ən dəhşətli sonluqlarla bitir. İnsanların daha çox əldə etmək prinsipi, bəzən daha peşəkar və kollektiv şəkildə hərəkət etməyə gətirib çıxarır. Bu kollektiv hərəkət SSRİ-nin idarə etmə strukturları içində elə bir qayda-qanunlu, professional, kollektiv bir şəklə bürünmüşdür ki, sanki yuxarıda bildirdiyimiz kimi, dövlət içində dövlət olmuşdur.

Yuxarıda sadaladığımız örnəklər ən son iki qüdrətli türk dövlətinin, Osmanlı və Səfəvi dövlətlərinin ayrı düşməsindən sonra başına gələn fəlakətlərdi. Təbii ki, tarixin gətirdiyi bu dəyişikliklər Azərbaycan cəmiyyətinin birbaşa adət-ənənələrinə təsir etmiş və bəzi tarixi əlaqələrini yenidən bərpa edərək özünə dönmə ehtiyacını doğurmuşdur. Tarixən ən sıx əlaqədə olduğu xalqlardan biri olan Anadolu türkləri ilə eyni dili ve dini paylaşan Azərbaycan türkləri bir-birilərini tarixi dəyişiklikləri də nəzərə alaraq daha yaxından tanımağa ehtiyac duyur. 1920-ci illərdə qopan əlaqələr 1990-ci illərdə yenidən bərpa olunmuşdur. Tarixən bir-biri ilə eyni dəyərləri paylaşan bu millət 70 illik dövrdə tamamilə fərqli inkişaf yolu və həyat tərzi seçmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində ikən Türkiyə Cumhuriyyəti NATO-ya üzv olan ölkələrdən biri idi. Bunun nəticəsi olaraq arada fərqli anlayışların ortaya çıxması gaçınılmaz idi. Bu dəyişiklərin ədəbiyyata təsiri isə təbii idi. Bugün dünyada baş verən cərəyanları və dəyişiklikləri başa düşmək, bizə hər mənada ən yaxın olan müasir türk ədəbiyyatından bəhrələnmək imkanı verir. Xüsusilə müasir türk ədəbiyyatındaki cərəyanlar və tendensiyalar ciddi araşdırılaraq bir nəticə çıxarılmalıdır. Xüsusən ən son Nobel mükafatı laureatının türk yazıçısı Orxan Pamuk olması, müasir türk ədəbiyyatının zirvədə olduğunu bir daha sübut edir. Zamanın nəbzini tuta bilmək üçün Azərbaycan və türk yazıçı və şairlərinin öz potensiallının dünya ədəbi mühitinə nümayiş etdirə bilmələri üçün hər iki tərəfin birlikdə çalışması zərurət olmuşdur. Bu sadəcə tarixin verdiyi bir şuur deyil. Dövrümüzdə baş verən siyasi və ictimai dəyişikliklər də bu addımı atmağa məcbur edir. Bu reallığı görən Azərbaycan ədəbiyyatının bir sıra görkəmli şəxsləri artıq ilk addımlan atmışlar. Şairlərimizdən Zəlimxan Yaqubun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şerlər toplusu, yazıçılarımızdan Anarın, Elçinin, Çingiz Abdullayevin əsərləri Türkiyə türkcəsinə çevrilmişdir. Xüsusilə gələcək araştırmamızda Türk ədəbiyyatının Zəlimxan Yaqub və Məmməd Araz yaradıcılığına təsirini təhlil etmək yerinə düşərdi, çünki Azərbaycan ədəbi mühiti daha çox Nazim Hikmətin ve Əziz Nesinin əsərləri ilə tanışdır. Zəlimxan Yaqubun sıx-sıx Yunus Əmrənin, Nəcib Fazil Qısakürəyin, Mehmet Akifin yaradıcıhğından söz açması Azərbaycan oxuyucularına Türk ədəbiyyatına daha fərqli nöqteyi-nəzərdən yaxınlaşma fürsəti verir.

Azərbaycan ədəbiyyatı sanki əsrimizin əvvəlindəki ehtişamından çox uzaqdır. Hətta sovet sistemi dövründə bütün təzyiqlərinə baxmayaraq çox dəyərli əsərlər yazmışlar. Ancaq çox acınacaqhdır ki, bu gün Azərbaycan ədəbiyyatçıları ortaya çıxmış yeni şəraitə və imkanlara adaptasiyada çətinlik çəkirlər; baş verən dəyişikliklər və proseslərə ancaq tamaşaçı mövqeyindən yanaşırlar vəya olub bitəni anlamaya çalışırlar. Bu səbəblə, bu dar məngənədən çıxmaq üçün yeni təkana ehtiyac var.

Bu təkan sadəcə Türk ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri ilə bağlı qalmır, eyni zamanda Azərbaycan yazıçılarının əsərlərindən də Türk ədəbiyyatçılarının faydalanması da mühümdür. Belə ki, Türkiyədəki Marksist yazarlar sovet cəmiyyətini bir ideal olaraq qəbul edir və mənfi cəhətlərini dərk etmirlərdi və ya bundan xəbərsizdirlər. Xüsusilə, İsa Hüseynovun “İdeal” əsəri bu dövrün reallıqlarını çox gözəl əks etdirir. Ölkədəki rüşvətxorluq, ədalətsizlik, özbaşınalıq bu sistemin ideal deyil, çox dəhşətli olduğunu göstərir. Bu reallığı Marksist yazarların görməməsi və ya görmək istəməməsi təbii ki, türk cəmiyyəti üçün heç də xeyirli bir nəticə vermirdi. İslamçı və mühafizəkar yazıçıların isə sovet sistemindəki bəzi müsbət elementleri də rədd etməsi obyektiv bir mövqe deyildi. Bu da Türk cəmiyyətindəki mənfi təsirlərin çox bariz nümunələrindən idi. Texnoloji inqilabın baş verdiyi 1960-cı illərdə bir çox ölkələrin inkişaf yolu seçməsi, Türkiyənin isə ideloji ziddiyyətlərin içində olması bu cəmiyyətin iqtisadi, siyasi və ictimai cəhətlərdən digər ölkələrdən geri qalmasına səbəb oldu. Halbuki, bu dövrün ziyalıları, bütün qarşılıqlı ittihamları bir yana qoymaqdan, müxalif görüşlərə hörmətlə yanaşaraq ortaq bir yol axtarmaqdan çox heyif ki, uzaq qalmışlar. Bu daxili çəkişmələr türk cəmiyyətinə çox baha başa gəlmişdir. Bu illərdə Türkiyədə iki dəfə hərbi çevriliş olmuş və anarxiya baş vermişdir. Çox paradoksal bir vəziyyətdir ki, Azərbaycan sovet ədəbiyyatında Kommunist Partiyası prinsiplərindən kənar fikir söyləmənin çox çətin olduğu bir dövrdə min bir zəhmətə qatlanaraq nə isə deməyə çalışan Azərbaycan ziyalıları var olduğu halda, türk ziyalıları azad fıkir söyləmənin dəyərini sanki bilməmişlər. Təbii ki, bunun nəticəsi olaraq böyük çətinliklərdən sadəcə xalq deyil, eyni zamanda türk ziyahları da əziyyət çəkmişlər. 1980-ci illərədə isə bunlardan bir nəticə çıxaran türk ziyalıları yeni bir mərhələyə qədəm qoymuşdur. Burada XX əsrin sonlarına doğru başlayan sürətli dəyişim türk ədəbiyyatında da öz əksini tapmışdır. Xüsusilə qloballaşma yaxud qlokallaşma mövzusu türk ədəbiyyatında ən önəmli və aktual müzakirə mövzusudur. Belə ki, bu mövzunun bəzən 60-ci illərin iki zidd qütbü olan mühafizəkar və Marksist yazıçıları bir araya gətirəcək qədər önəmli təsiri var. Dünyanın güclü ölkələrinin mədəniyyətinin təsirindən öz mədəniyyətinin qorunması və ya dünyada qəbul olunan ortaq dəyərlərə inteqrasiya mövzusu daha çox müzakirə ediləcək kimi görünür. Təəsüf ki, bu cür mövzular Azərbaycan ədəbiyyatında müzakirə edilmir və ya az müzakirə edilərək öz töhfəsini verə bilmir. Cəmiyyətdəki əxlaq normlarının çökməsi, insanların get-gedə yalqızlaşması, texnologiyanın sürətli inkişafı, sənayeləşmə və buna bağlı olaraq sənətin biraz da kölgədə qalması isə ən aktual problemlərdən biridir. Bu dövrə aid bəzi detektiv yazıçılarından da söz açmaq olar, ancaq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Abdullayevin bu janrda yazılan əsərləri öz dövrünün biraz önündədir.

Yuxanda səciyyələndirdiğimiz türk və Azərbaycan ədəbiyyatının son 70 illik inkişafı, dili eyni olan bu iki ədəbiyyatın nə qədər bir-birlərini tanımağa, anlamağa və nəhayət eyni hədəfə doğru getməyin önəmini göstərir. Günümüzdə bu üç xüsusiyyəti cəmləşdirən nadir şairlərdən biri Zəlimxan Yaqubdur. O öz yaradıcılığında türk ədəbiyyatından nümunələr verərək heç bir zaman ideolojik fərq qoymadan türk millətini birləştirməyi çalışan və yenidən tarixi şöhrətinə qovuşdurmağı qarşısına məqsəd qoymuşdur. Onun 2003-cü ildə Türkiyədə çap olunan “Səni sevmək üçün gəldim dünyaya” şerlər kitabında bunu açıqca görmək mümkündür. Onun Nazim Hikmətə həsr etdiyi şerdən bir nümunə fikirimizi tam olaraq izah edər:

Girişmişəm işə

Fikrimi bir yerə yığa-yığa.

Mənə təzə şer yazdırır

Nazim həsrəti, Hikmət məhəbbəti.

Oxuyuram Nazim Hikməti !!!

Zəlimxan Yaqub öz yaradıcılığının başlanqıcını Yunis Imrəyə bağlayır. Ondaki dini təfəkkürün bir nəticəsi olaraq Allah eşqi ve məhəbbəti yaradıçılığının ən önəmli hissəsidir. Dilini ve dinini unudan insanların öz millətini və kökünü qoruyub saxlaması mümkün deyildir. Bu mövzulara da öz kitabında çox geniş yer verən Zəlimxan Yaqub yaradıcılığın fəlsəfəsi dərindən incələnib öz tarixi köklərini taparaq yeni nəsillərə çatdırılmalıdır. Zəlimxan Yaqubun millətinə və dininə bağlılığını göstərmək üçün yenə də şerlərinə müraciət etmək yerinə düşərdi. “Döyüşən türk” şerində olduğu kimi:

Ayaz nədir, şaxta nədir, bürkü nə,

Nə qorxudar haqq yolunda Türkü, nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan, Türk, çalxan, Türk

Döyüşən Türk, oynayan Türk, qalxan Türk.

Zəlimxan Yaqubun öz inancına görə qəbul edib poeziya dilinə çevirdiyi Allah eşqi, Allah sevgisi müqəddəsliyə, təmizliyə, sonsuzluğa inamla yoğrulmuş və bu kökdə də formalaşmışdır. Zəlimxan Yaqub Kəbəni ziyarət edərkən şerini “İşıqlan Kəbənin nurunda, könlüm” adlandırır.

Bu da bir fursətdir baxtına düşüb,

Baxtın ucalığın taxtına düşüb.

Zamanına düşüb, vaxtına düşüb

 İşıqlan Kəbənin nurunda, könlüm!

…Sığın bu dünyanın yaraşığına,

 Peyğəmbər nuruna, haqq işığına.

Çevril sevə-sevə haqq aşığına

İşıqlan Kəbənin nurunda, könlüm!

21-ci əsrdə türk dünyasının inkişafına və dünyada söz sahibi olacağına ürəkdən inanan şair bu hədəfə çatmaq yolunda isə birliyimizə və bir-birimizə olan sevginin sarsılmaz olmasına inanır. Zəlimxan Yaqub yaradıcılığı isə bu sahədə böyük boşluğu doldurur. Onun Azərbaycanın başına gələn qanlı 20 Yanvar, Xocalı, Qarabağ faciələrinin şahidi olması və Azərbaycan tarixində bu cür faciələrin bir çox dəfə də baş verməsi şairi narahat etməyə bilməzdi. O, cəsarətini Nəsimidən, qeyrətini Babəkdən alan xalqını azadlıq uğrunda meydana dəvət edirdi. O əmin idi ki, hər zaman Vətən sevgisi, torpaq sevgisi olan bir millət bu çətinliklərin faciələrin üstəsindən qələcəklər. O öz şerində xalqa belə səslənirdi:

Bu torpağın odunu yer üzünə yayanlar,
Yurdun hər qarışını göz bəbəyi sayanlar,
Məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar,
Meydan bizimdir bu gün!

Təbii ki, şairlərin məqsədi hər zaman eynidir. Onlar hər zaman xalqm ən çətin anlarında onlara dayaq olur, ruh yüksəkliyi verir ve ən ali məqsədlər üçün birgə mücadiləyə sövg edir. Şairlərdə haqsızlığa, qaniçənliyə, vəhşiliyə daha sərt mövge tuturlar. Bu Zəlimxanda da belədir:

Həyatımda heç zaman belə dərd

görməmişdim,

Dərdi belə amansız, belə sərt

görməmişdim,

Mənim düşmənim qədər, mən namərd

görməmişdim,

Namərdlərin başında çaxırdı şəhid qanı.

Bu ruhu Türk ədəbiyyatında böyük türk şairi Türkiyə Cümhuriyətini milli himninin banisi Mehmet Akif Ersoyda da görmək olar. Ve bu təsadüfi deyilki Zəlimxan Yaqub bu mövzularda ilk müraciət etdiyi şairlərdən biridə məhz Mehmet Akifdir. Mehmet Akif öz Safahat adh şer topluluğunda bunu deyir:

Zülmü alkışlayamam, zalimi asla sevemem

Gelenin keyfi için, geçmişe sövemem

Biri ecdadıma saldırdı mı, hatta, boğarım!…

-Boğamazsanki…

-Hiç olmazsa yanımdan kovarım!

Üç buçuk soysuzun ardından zağarlık yapamam

Hele hak namına, haksızlığa ölsem tapamam.

Doğduğumdan beridir aşıkım istiklale,

Bana hiç tasmalık etmiş değil altın lale.

Yumuşak başlı isem, kim demiş uysal koyunum?

Kesilir belke, fakat çekmeye gelmez boyunum.

Hər iki şairin xüsusiyətində də bu Vətən məhəbbəti bir çılğınhg dərəcəsində müşayət olunur. Bu ruhun hər iki şairin yaradıcılığında olması bir təsadüf deyil. Bunlan bir-birinə bağlayan müştərək ənənələr, dəyərlər var. Bu dəyərləri ortaya çıxarmaq ən başlıca məqsədlərdən biri olmalıdır.

Türk ədəbiyatçıları tərəfindən yaxşı tanınan, sevilən və bir çox şerləri tərcümə olunmuş şairimiz Məmməd Aslandır. Vətənin bu acınacaqlı duruma düşməsi, onun şerlərində öz əksini tapmaya bilməzdi. Məmməd Aslan “Ağla qərənfil ağla” şerində öz dərdini öz kədərini dünyaya çatdırırdı. Onun məhz bu şeri, qərənfili bir şəhid qanı simvoluna çevirdi və şəhərlərin küçələri qərənfilə qərq oldu. Məmməd Aslan bu duyğu yüklü şerində bunlan deyirdi:

Qərənfıl – şəhid qanı,

Ağla, qərənfıl, ağla

Ağla, inlət meydanı,

Ağla, qərənfıl ağla.

Bu görkəmli şairlərimiz nəinki təkcə öz Azərbaycanımızın, eyni zamanda bütün Türk dünyasının eşidən qulağı, görən gözü, danışan dilidirlər. Heydər Əliyəvin “bir millət iki dövlət” konsepsiyasını özünə bir hədəf kimi qəbul etmiş hər bir türk oğlu bu ülvi məqsəd uğrunda daha çox məsafə qət edərək bu birliyin daim olması üçün əlindən gələni eltməlidir. Bu konsepsiyanıın helə özüdə başlanğıcını Azərbaycan ədəbiyyatından alır. Belə ki, görkəmli alim Nizami Cəfərov daha 1991-ci ildə yazdığı ” Füzulidən Vaqifə qədər ” kitabında Azərbaycan çağdaş ədəbiyyatını ümumtürk kontekstinə alaraq bu ədəbiyyatı üç dövrə ayırır:

“müəyyənləşmiş ənənəyə görə, ən qədim zamanlardan XII əsrin sonu XIII əsrin əvvəllərinə qədər”, “bizi Azərbaycanın indiki sərhədlərindən kənara çıxmağa məcbur edən” qədim türk poeziyası (I), XIII-XVI əsrləri əhatə edən “türkləşmiş, həzm edilmiş” “müsəlman mədəniyyəti”, “necə deyərlər, bir qədər türk İslamı dövrünün poeziyası (2) və o zamandan bəri çağdaş -”müəyyənləşmiş milli təfəkkür” dövrü ədəbiyyatımız (3) ki, “ümumtürk İslam kompleksini (II dövrü – T.M.) bir daha özündən keçirməklə” başlıca olaraq “etnik (ümumtürk) kontekstində mövcud folklor mədəniyyəti” üzərindədir və bu zaman, təbii ki, qədim türk poeziyası (I dövr) daim, “bu gün də potensial genetik istinadgah olmaqda davam edir”.

Prof. Nizami Cəfərovun bu konsepsiyası tamamən reallığa, elmi təcrübəyə, ədəbiyyat tariximizin faktlarına söykənir. Bu kontekstəndən yola çıxaraq, Zəlimxan poeziyasının çağdaş Azərbaycan poeziyasmdaki yerini, önəmini və xüsusiyyətini Tehran Əlişanoğlunun fikirləri ilə açıqlamaq tam yerinə düşər:      

80-ci illərdə poeziyaya normativ estetik təfəkkürü ilə gələnlər “ədəbiyyata 80-ci illərin eksperimentçilərindən çox şey verir”… Lakin bu sırada çağdaş poeziyanm səviyyə göstəricisi – “daxili təmizlənmə prosesi keçirən xalqın aydın (eyni zamanda qəti!) emosiyası öz əksini tapmış” Zəlimxan Yaqub şeridir ki, “keyfiyyətini folklor “maarifçiliyi” müəyyən edir”, bəs “bu, Aşıq Ələsgərin sözüdür, eyni zamanda Səməd Vurğunun  sözüdür və nəhayət,  Zəlimxanın  öz  sözüdür”…

(Qeyd edək ki,  sitatlar əsasən alimin  1992-ci ilə qədərki yazılarından əxz olunmuşdur).

Beləliklə, ədəbiyyata tarixi yanaşma nəzəriyyəsinin təklif etdiyi konsepsiya özünü tarixin bütün mərhələlərində doğruldur. Doğrudan da, bədii əsər üç mövqedən dərk edilməlidir: əsərdəki hadisələrin cərəyan etdiyi dövr, onun müəllifmin yaşadığı dövr, bir də müasir dövr. Hər bir dövrün öz mövqeyi olduğuna görə, baxışlar hər üç yanaşmada bu və ya digər dərəcədə fərqlidir. Burada məkan xüsusiyyətləri də sözsüz ki, əhəmiyyətli yerə malikdir. Bir xalqın öz ədəbiyyatındakı hadisələri ideologiya yükündən xilas olaraq obyektiv qiymətləndirə bilmədiyi halda, başqa bir xalqın ədəbi tənqidi buradakı ədəbi prosesin hadisələrinə müəyyən qədər obyektiv yanaşa bilər.

Внутренняя и внешняя политика Турции и её влияние на Нагорно Карабахский конфликт.

Очевидно, что   внутренняя   и внешняя политика современной Турции  после долгих лет переживает серьезные изменения. Внутренняя политика тесно связанно с демократическими реформами и экономическим ростом,  а внешняя – попытками реализовывать многовекторную и сбалансированную политику. Не случайно,  что в последние дни в турецкой и в зарубежной прессе одна из актуальных тем является обсуждение этих векторов внешней политики Турции. Попытки связать внешнюю политику Турции с каким-то одним направлением,    замкнутым географическим пространством или узкой идеологией является субъективным подходом. Связывать современную внешнюю политику Турции происламской идеологией, тем более не имеют основу. Это всего-навсего политические ходы определенных прозападных сил держать Турцию под контролем, вовлечь  и не допускать её правящую партию   выходить из сферы их влияния.   В свою очередь Турция, после долгих лет, желает и реализовывает более независимую внешнюю политику, развивает двухсторонние и многосторонние отношения не только со странами Исламской конференции и Европы,  а также с Россией, со странами СНГ, Африки, Латинской Америки. Уместно отметить, что   Азербайджан стала реализовывать многовекторную политику с 1993 года сразу же после прихода во власть Гейдара Алиева.   Одновекторная внешняя политика   служила    интересам супердержав во времена холодной войны. После холодной войны эта практика изжила себя. Современная  внешняя политика Украины, Армении примеры неудачной однополярной ориентации.

Не случайно, что в последнее время наблюдается активизация прозападных сил    во внутренней политике Турции. Эти силы хотят сохранить прежнюю ситуацию и систему в Турции. Необходимо отметить, что эти силы сгруппированы   в основном в ведущей прессе, в турецкой армии,   в   экономике. Многие  ведущие предприниматели в Турции контролируют ряд средств массовой информации, что создает благоприятные условия для влияния практически на все сферы общественной жизни. Эти прозападные группы накапливают свой капитал, держат рынок Турции под монополией узкого круга лиц, что способствует срыву в разнице доходов между разными слоями населения,  создает благоприятные условия для коррупции и т.д. Несогласный со всем этим народ привел  в 2002г во власть «АК» партии во главе Р.Т. Эрдоганом, который за короткое время сотворил «чудеса» в 15 миллионом Стамбуле как мэр этого города.

Р.Т.Эрдоган начал свою деятельность в качестве премьер  министра с 2003 года. Он сразу начал реализовать реформы внутри страны, а также активизировал внешнюю политику, которая была долгожданной со стороны турецкого народа.

Весьма пародаксольно, что экономика Турции, которая не участвовала во второй мировой войне, сильно отстала  от экономики таких стран как Германия, Япония, Южная Корея пережившие войны и начавшие поднять свою экономику с нуля.   

Реформы Эрдогана во внутренней политике Турции стараются ослабить прозападные силы внутри страны. Несмотря на это, Эрдоган сумел  сбалансировать силы в прессе, сократить разрыв в доходах слоев населения, значительно уменьшить коррупцию и т.д. Эрдоган сумел сбалансировать влияние прозападных сил в армии, баланс сил в прессе изменилось в пользу Эрдогана, а в сфере экономики все еще лидирует прозападные силы. Турция   попала в большую «двадцатку» во время правительства Эрдогана.  Все эти факторы позволили правящей партии победить в выборах не смотря на усилия прозападных , что ускорило выполняемые реформы.

Успехи реформ во внутренней политике дало импульс турецкому правительству для решения проблем во внешней политике, проведение активной политики на Балканах, со странами Исламской конференции, с Россией, странами Африки, особенно это тенденция ускорилось после прихода Ахмеда Давутоглы на пост Министра Иностранных Дел. Турция постепенно ликвидирует визы со странами в своем регионе, развивает экономическое, политическое, военное сотрудничество. Все эти меры предусмотрены для сбалансирования влияния западных держав во внешней политике. Это политика имеет только одну цель – сбалансирование, но не ослабление отношений с Западом,  как рассуждают в некоторой зарубежной  прессе.

Развитие турецко-российских отношений в интересах Азербайджана и напрямую влияет на решение Нагорно-Карабахской проблемы. Турция пытается   продвижения в этом конфликте путем ослабления влияния Запада на Кавказах. Эта политика Турции также привлекает внимание России, которая «по зубам» еже ли Запад. Турция же в свою очередь с нео-османскими идеями хочет быть хотя бы лидером в регионе, став стратегическим патнером России. В случае успеха этого процесса Турция заставит Евросоюз пересмотреть свою политику в отношения с Турцией. Если Россия откажется от сотрудничества с Турцией на Кавказах, которая по моему мнению мало вероятно, потеряет Турцию как партнера и создаст опастность потери региона. За все это Турции требуется некоторое продвижение в Нагорно-Карабахском конфликте. Армения может обеспечить экономический рост быстрыми темпами и стабильность в результате этих процессов. Весьма вероятно, что Армения также приблизится с Соединенными Штатами, чтобы испортить русско-турецкие отношения, но в нынешней ситуации это не реально. Во-первых, из-за сильного влияния России на Армению, во-вторых Турция почти вырвалась из под сферры влияния США, который в свою очередь не рискнет испортить отношения с Турцией имея достаточно проблем в Афганистане и Ираке. Попытки США конечно-же будут, но это только политические ходы для срыва нервов. Азербайджан терпеливо будет наблюдать процесс, в свою очередь будет углублять отношения с Россией. Успешный тандем Россия-Турция-Азербайджан катастрофа для Запада, а если присоединится к этому союзу и Иран, этот сценарий можно назвать как эффекта «ядерной бомбы» вставленный в политику Запада в Ближнем Востоке. Весьма вероятно в случае продвигов в Нагорно-Карабахском конфликте размещение военных сил России и Турции в зоне конфликта,   в ограниченном количестве. Успех этого процесса также зависит от реформ Турции во внутренней политике, которая собирается нанести окончательный удар прозападным силам приняв новую конституцию.

Азербайджан впервые за последние 15 лет имеет реальный шанс на мирное урегулирование Нагорно-Карабахского конфликта. Если даже выше указанный процесс пойдет на провал, Азербайджан не примирится со статусом-кво в регионе. Азербайджан получит всякую военную помощь со стороны Турции. Россия не сумеет приостановить помощь Турции, потому что эта помощь будет реализоватся по тем же причинам, по которым Россия представляет ее для Армении. Протесты США и Европы будут ослаблены под предлогами «угрозы со стороны Ирана» или же во имя «безопасности энергетических маршрут». В общем счете, в случае возобновления военных операций, Россия не будет впрямую вмешиваться в конфликт,  как это было в Южной Осетии, опасаясь Турции.

Для реализации  вышеуказанных мер требуется тонкая, терпеливая политика. Азербайджан пережил более тяжелые периоды. Для ускорения этих процессов, Азербайджан должен усердно претворить в жизнь реформы выдвинутые  Президентом Республики Ильхамом Алиевым.

Follow

Get every new post delivered to your Inbox.

Join 31 other followers